Предыдущая публикация
”
Hələ də yollardadır köçgünlərin gözləri,
Uşaq tək tutur dilə “ATƏT” adlı sərsəri.
İtir ayaqlar altda uluların izləri,
Yurdumun yaxasında hələ düşmən əlləri
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri!..”
Bu oyunu başlayan rusun əlindən haray,
Bizə “arxa” dayanan Buşun əlindən haray,
İçimizdəki quru-yaşın əlindən haray,
Xaçlar qatır aləmi, yenə oyatmır bizi
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri!..”
Obamalar əliylə ayrı düşdük obadan,
Səddamı asan əllər bərk yapışır “Apo”dan.
Bir gün verər komanda Ali-Həzrət Komandan,
Babəklərin nərəsi tutar dağı, düzləri
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri!..”
Nəriman Nərimanlı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев