- necə hiss idi ?
- qəribə..ağrılı..
- ağrılı niyə ? sən ki tərk etməmişdin onu ? özü getməyi seçmişdi..
- birinin səndən getmiş olması onu unutmağı ya da ona nifrət etməyi asanlaşdırmır axı..zamanla köhnəlir çox şey , düzdür, amma belə təsadüflər yaranın qabığını qaldırıb üstünə duz səpir sanki..unutduğunu zənn etdiyin hər şey bir anda film kimi gözünün önündən keçir..
- o necə idi ? çox dəyişib ?
- çox.. əynində bir palto , başında qırmızı papaq.. papağının altından qumral saçlarını görə bildim biraz..gözümə dəyən ağ telləri incitdi məni.. azca da çəkisi artıb..gözəlliyindən heçnə itirməyib amma üzündə qəribə bir kədər var idi..nə olmuşdu görəsən?.. çox yaxın idik bir birimizə əslində..amma cəsarət edə bilmədim qarşısına çıxmağa..bəlkə də, üzündəki həmin ifadə dayandırdı məni..düşündüm öz özümə..təəssüfləndim..qınadım buna səbəb olan bütün insanları..mənim baxmağa qıya bilmədiyim əmanətimi paramparça etmişdilər elə bil..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев