Big.az dünyanın ən qəribə varlıqlarından biri olan qarışqalar haqqında bilmədiklərinizi təqdim edir.
Qarışqaların boyları 2-7 mm arası dəyişir. Ancaq dülgər qarışqalar növündən olanların boyu 4-5 sm-ə qədər ola bilir.
Hər qarışqa koloniyasında ən az bir dənə kraliça var.
Qarışqalarda iki mədə var. Birinci yeməyi öz üçün saxlayar, ikincidə isə digər qarışqalarla paylaşacağı yeməklər toplanır.
Qarışqalar, böcək növləri içində ən böyük beyinə malikdir.
Bəzi qarışqalar gündə 7 saata qədər yata bilir.
Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi və hətta moruqu rənglərdə ola bilir.
Bir qarışqa öz ağırlığının 20 qatını qaldıra bilir.
Yetkin bir qarışqa qatı yeməkləri uda bilmədiyi üçün onların suyunu soraraq bəslənir.
Qarışqalar yalnız toxunmaq deyil, qoxu almaq üçün də antenalarını istifadə edirlər.
Kraliça qarışqalar doğuşdan qanadlara malikdir. Başqa koloniyalar qurmaq üçün yuvadan ayrıldıqları zaman, qanadları düşür.
Qara qarışqalar və taxta qarışqalarının iynəsi yoxdur. Onun yerinə formik turşu püskürürlər.
Tropik bölgələrdə yaşayan yarpaq kəsici qarışqalar, iti çənələri ilə yarpaqları kəsir və bunları yuvalarına daşıyır. Lakin bu yarpaqları yemək olaraq deyil, göbələk çıxarmaq üçün istifadə edirlər. Göbələklərdən özləri üçün lazımlı olan zülalı əldə edirlər. Yarpaqların evə daşınmasında, göbələk bağçalarının əkilərək yemək əldə edilməsinə qədər keçən müddətdə içəridə və çöldə bir çox işçi qarışqa çalışır.
Hər bir qarışqa koloniyalarının iş bölümü vardır. İşçi qarışqalar və yuvanın içindəki zibili çölə daşıyaraq xüsusi zibilliyə daşımaqla məşğul olanlar.
İşçi qarışqa çöldə bir yemək qaynağı tapdığında, koloniyadakı digər qarışqaları bura çəkmək üçün xüsusi bir qoxu buraxır.
İşçi qarışqalar başqa qarışqaların yuvalarına hücum edir və yumurtalarını oğurlayır. Bu yumurtalar qırılıb, bala qarışqalar çıxdığında koloniyalarda kölə olaraq işləyirlər.
Qarışqalar ümumi olaraq isti iqlimlərdə yaşayarlar.
Yer üzündən bilinən 10000 qarışqa növü yaşayır.
Bir qarışqanın ömrü ortalama 45-60 gündür.
Qarışqaların sürətli qaçmalarını təmin edəcək uzun qıçları vardır.
Qarışqaların ən böyük düşməni insanlardır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев