Qida dünyanın ən effektiv silahıdır. Hətta ABŞ prezidenti Kennedi qidanı silah olaraq istifadə etmək barədə açıq çıxışlar etmişdir. Türk yazıçı Kamal Özərin “Dəccal tabaqda” adlı kitabında bu məsələlər geniş əhatə edilmişdir. Saxta və öldürücü qidalar neft məhsullarından əldə edilmiş yağlar, quru süd, şəkərli maddələr, uzun müddət xarab olmayan qənnadı məmulatları, meyvə şirəsi adlanan kimyəvi içkilər, tez böyüməsi üçün yeminə kimyəvi maddələr qatılan heyvan və quşların əti və ən dəhşətlisi - geni dəyişdirilmiş canlılardır. Söhbət əsnasında, bunlardan daha vacib sayıla biləcək uşaq qidalarını və müxtəlif peyvəndləri də unutmamalıyıq. Bunların hər biri ilə insanları, daha doğrusu, xalqları müalicəsi çox çətin olan xəstəliklərə tədricən yoluxdururlar. Bu yolla zəhərlənmələr birbaşa insan genetikasına təsir göstərdiyindən onların zərər və fəsadları gələcək nəsillərdə görünməyə başlayacaq. Araşdırmalara görə 40 ildən sonra hər yüz ailədən yalnız beşi normal yollarla uşaq sahibi ola biləcəklər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев