Предыдущая публикация
Məmunun qardaşı Mötəsim Abbasi 218-ci hicri ilinin rəcəb ayının 17-də taxta oturdu. Həzrət Cavad (əleyhis-salam)-ın fəzilətlərini dinləmək ona ağır gəlir, qəlbində həzrətə qarşı paxıllıq hissi keçirirdi. Çox keçmədən o həzrəti Bağdada çağırdı. İmam (əleyhis-salam) Bağdada yola düşərkən oğlu Əliyən-Nəqi (əleyhis-salam)-ı öz canişini təyin etdi və şiələr arasında o cənabın imamətini hamıya bəyan etdi. O, 220-ci ilin məhərrəm ayının 28-də Mədinədən çıxdı və Bağdada gəldi. (1)
––––––––––––––––––––
1. “Həvadisul-əyyam”, səh. 53 makarem.ir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев