sevgi bəzən bir “necəsən?” mesajıdır..qəribə
gəlir bilirəm..amma olur hərdən..demək
istədiyin
bütün o uzun cümlələri bir “necəsən?” sualına
sığışdırıb göndərirsən..eşq bəzən kiçik
cümlələrdən ibarət olur.. “yaxşısan?”,”işlərin
necədir?” “xəstə deyilsən?” ya da bunlara
oxşayan ən mənasız minlərlə sual..hələ “əlim
dəydi”,”səhv gəldi, bağışla” mesajları da var ))
ən ürkək, ən saf sevgidir bunlar,
əslində..içindən
dua edirsən bəzən..”nə olar, bir az sual
versin..biraz danışsın..” deyə..amma çox vaxt
gələn cavab “eybi yox” dan ibarət olur.. bu
qısa
söhbətdən sonra sənə qalan özünü söymək
və
yerində uzanıb etdiyin bu yersiz hərəkəti
fikirləşərək yuxusuz qalmaq olur.. uzun
zaman
keçir sonra..özünə verdiyin sözləri unudub
yenidən yazırsan..”həyatında biri var?”..bu
suala gələn “hə” cavabı yenidən məhv edir
səni..gərək yazmadım..heç olmasa xəbərim
olmazdı, deyirsən..daha asan olardı..bəlkə də
səni həmin vaxt incidən şey onun həyatında
birinin olması yox, sənin ona yazdığın cavab
olur..gözündən yaş axarkən yazdığın “sənin
adına sevindim ” cümləsi..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев