dünyaya bağlıdə ya axirətinə? kimi yolka ətraıfnda atdanıb düşəcəy kimidə Peyğəmbər(s) və əziz nəvəsi imam Həsən(ə) əza saxlıyacaq.kimi şeytanın bəyəndiyi məclisdə olacaq kimidə Allahin bəyəndiyi məclisdə qərar tutacaq.Unutmuyaqki ALLAH bəşəriyyıti Əhli-beytə xatir yaratdı yəni bizim bu gün ki gündə var olmamızda səbəb əhli-beytdir.Və sabahda o Əhli-beytdən olan 2 müqəddəs şəxsin matəm günüdü və ən əsas peyğəmbərin(s) vəfatı bütün ümmətin matəmidi.İnşALLAh ki sabah düzgün addım atarsız çün hər addımımıza görə axirətdə cavab verməliyik.Bunu unutmuyaq!eyğəmbər (s) vəfatı və İmam Həsən (ə) şəhadəti ilə bağlı başda Zamanın Sahibi İmam Məhdi (ə.f) olmaqla bütün dünya musəlmanlarına dərin hüznlə başsağlığı verib təsliyyət ərz edirik.
Peyğəmbərin (s) ömrünün son anlarındakı vəsiyyəti
Peyğəmbər (s) cəmiyyətin içində üzünü Əliyə (ə) tutaraq buyurdu: "Yaxın gəl". Sonra zireh, qılınc, üzük və möhürünü İmam Əliyə (ə) verib buyurdu: "Get evə!". Bir az keçdikdən sonra o həzrətin (s) xəstəliyi ağırlaşdı. Sonra yenə halı yaxşılaşdı və Əlini (ə) yanında görmədi. Xanımlarına dedi: "Qardaşım və dostum gəlsin!" Onlar Əbu Bəkrə dedilər və o, gəldi. Peyğəmbər (s) həmin cümləni bir daha təkrar etdi və xanımlarına dedi: "Qardaşım və dostum gəlsin!" Bu dəfə Öməri çağırdılar. Amma həzrət (s) yenə buyurdu: "Qardaşım və dostum gəlsin!" Ümmü-Sələmə dedi: "Əlini (ə) istəyir. Ona deyin gəlsin" (Məhəmməd ibn Cərir Təbəri, "Tarix əl-müluk vəl-üməm", c. 3, səh. 439). Əli (ə) gəldi. Bir az Peyğəmbərlə (s) astadan, heç kimin eşidə bilməyəcəyi pıçıltı ilə söhbət etdilər. İmam Əlidən (ə) Peyğəmbərin (s) nə dediyini soruşduqda buyurdu: "Mənə hər birindən min qapı açılan min elm öyrətdi. Mənə bəzi şeylər tapşırdı ki, onları edəcəyəm" (Şeyx Mofid, "əl-İrşad", səh. 99).
Peyğəmbər (s) ömrünün son günlərində Bilaldan camaatı məscidə toplamağı istədi. Sonra camaatdan istədi ki, kimin onun boynunda haqqı varsa, istəsin. Heç kim cavab vermədi. Peyğəmbər (s) bu istəyini üç dəfə təkrarladı. Nəhayət, Okaşə adlı bir nökər ayağa qalxıb, ondan haqqını istədi. Peyğəmbərdən (s) qisas alması üçün qamçı gətirdilər. Lakin qisas almaq istəyərkən həzrətin (s) bədənindən yapışdı, ağladı və onu bağışladı. Peyğəmbər (s) buyurdu: "O, cənnətdə mənim dostum olacaq" ("ət-Təzkirə əl-həmduniyyə", c. 9, səh. 238).
Sonra İmam Əliyə (ə) tapşırdı ki, arvadlarından birində olan pulu alıb yoxsullar arasında bölsün (İbn Səəd, "ət-Təbəqat əl-kubra", c. 2, səh. 244).
Fatimənin (ə) atası ilə vida anı
Peyğəmbərin (s) ömrünün son anlarında Fatimənin (ə) gözləri yaşlı idi. Peyğəmbər (s) onu yanına çağırdı və dedi ki, ağlamasın. Fatimənin (ə) ağlama səsi yüksəldi. Bu zaman ona bir söz dedi və həzrət Fatimə (ə) təbəssüm etdi. O, başqalarının suallarına cavab olaraq buyurdu: Atam öncə buyurdu: "Mən, bu xəstəliklə dünyamı dəyişəcəm". Təbəssümünün səbəbilə bağlı isə dedi: "Atam buyurdu: "Sən Əhli-beytimdən (ə) mənə qovuşacaq ilk şəxssən" və buna görə də mən güldüm" (İbn Səəd, "ət-Təbəqat əl-kubra", c. 2, səh. 247).
Peyğəmbər (s) son nəfəsini verərkən başı İmam Əlinin (ə) ağuşunda idi (İbn Səəd, "ət-Təbəqat əl-kubra", c. 2, səh. 236; "Nəhc əl-bəlağə", xütbə, 197).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев