Nə keçmişdən söz aç, nə yor başını,
Daha keçən keçdi, ümid daşını,
Xatirə gölünə, atmağa dəyməz.
Artıq ürəyimdə tonqal qalanıb,
Qəlbimi yandırıb yaxma bir daha
Yolda rastlaşanda yanımdan öt, keç,
Qəmli gözlərimə baxma bir daha.
Mən sənə tələsib günəş demişəm,
Bu qədər yanmazdım ayım desəydim.
Demə ki təkcə mən səhv eləmişəm,
Ay ola bilərdin sən istəsəydin
Mənim ürəyimdə öləndən sonra,
Kimin ürəyində doğulacaqsan?
O qədər önümdə kiçilmisən ki,
Halına ağlasam, boğulacaqsan
Vəfasız rolunu yaxşı oynadın.
Dayanıb kənardan alqışlayıram.
Sanki bir qadının xəyanətini,
Qadın şərəfinə bağışlayıram
Vermədim qəlbimi sən onu əz, yıx,
Ürək nalə edir bax yazıq-yazıq,
Kimin yollarına çıxırsansa, çıx,
Mənim yollarıma çıxma bir daha.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев