Предыдущая публикация
Dəryaya üz tutsam,qəfil quruyar,
Elə bəxt verib əzəldən mənə.
Dağı qızıl yarıb verər birinə,
Saraldıb pay tutar xəzəldən mənə.
Susdu başüstə"lər,dondu "hər"lər,
Daha bundan sonra qaşlar gərilər.
Ürküb budağından uçdu pərilər,
Çatsa,zökəm çatar gözəldən mənə.
Zülmətdə nur gəzən bir divanəyəm,
İşıldanböcəyəm,bilməm,ya nəyəm?
Rəbbim nə qıyıbsa,ona qaneyəm!
Düz barat verilib düz əldən mənə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев