Предыдущая публикация
Sənə yas saxlayır yaralı qartal,
Yaralı qartalı ağlayan şair.
Qarabağ nisgili, Göyçə eşqiylə,
Ürəyi qəmlərdə çağlayan şair.
Ay eldə axtaran hər gərəyini,
De, daha danışım, deyim nəyini?
Bölüb, parçalayıb bir ürəyini,
Milyon ürəklərə bağlayan şair.
Düyünə döndərdi dərd həsrətini,
Çəkdi neçə-neçə mərd həsrətini,
Vətən həsrətini, yurd həsrətini,
Əbədi qəlbində saxlayan şair.
Bir ürək min dərdə dözə bilməzdi,
Dünyanı kənardan süzə bilməzdi,
Şiruyə, vətənsiz gəzə bilməzdi,
"Vətən-vətən" deyib ağlayan şair.
Sərraf Şiruyə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1