Tarix.
Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Yeni Daşkənd kəndi 1953-cü ilin may-iyun aylarında salınmışdır. İ.V.Stalinin, A.Mikoyanın və başqa ermənipərəst qüvvələrin "könüllü köçürülmə" siyasəti altında Göyçə mahalının Daşkənd kəndindən 130 ailə öz doğma ata-baba yurdundan Bərdə rayonuna deportasiya olunmuşdur.
Göyçənin Daşkənd kəndində sərin dağ havasına öyrəşmiş insanlar isti Bərdə havasına tab gətirə bilməyib və bir neçələri dünyasını dəyişmişlər.
Zümürxaç kəndi Yeni Daşkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Zümürxaç kənd Soveti yaradılmış, Yeni Daşkənd kənd Sovetinin İmamqulubəyli və Dilənçilər kəndləri Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir[2].
Dəniz səviyyəsindən 120 m yüksəklikdə yerləşən Yeni Daşkənd kəndinin dünyanın siyasi xəritəsində coğrafi mövqeyi (koordinatı) belədir: - uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E.
Kənd Aran coğrafi bölgəsində yerləşir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhəddini təşkil edir[3]. Kənd Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndidir.
Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir.
Yeni Daşkənd kəndinin iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı kəndin təsərrüfatlarında meyvə və üzüm də istehsal edilir. Əsas kənd-təsərrüfat bitkiləri pambıq, taxıl, kartof, soğan, günəbaxan, qarğıdalı və başqalarıdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев