Bağı gülşən qırmızı.
Ağ əllərə əlvan həna,
Yaxıbdı qan qırmızı.
Sövdəgarsan aç mətahın,
Müştəriyəm mən sənə.
Sərrafıyam sat alayım,
Ləli mərcan qırmızı.
Küfə xalqı bihəyalar,
İmam üstə gəldilər.
Onlar küfdə qərq oldular,
Haqqı dildən saldılar.
Kərbəlada dava düşdü,
Tamam şəhid oldular.
Qan dəydi üzəngiyə,
Oldu meydan qırmızı.
Bütləri Əli qırdı,
İbrahim yanmadı nara.
Oğlunu bıçaq kəsmədi,
Götdü çaldı mərmərə.
Cəbrayıl bir qoç gətirdi,
İsmayıl peyğəmbərə.
O səbəbdən al geyindi,
Şahi-Mərdan qırmızı.
Soruşdum Adəmnən qabaq,
İndi xəbərdən danış.
Yetmiş il dərya üzündə,
Yanan şapərdən danış.
Yeddi yerdən halıyam,
Lohu göylərdən danış.
Məhşər günü qurulacaq,
Haxdı divan qırmızı.
Gəl biçarə Məmmədhüseyn,
Bu necə turdu söylədi?
Axdı eynimin yaşı,
Üzümdən arx eylədi.
Yeddi qat yer, yeddi qat göy,
Xudam ki, xəlq eylədi.
Günəş çıxdı qəsridən,
Oldu cahan qırmızı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев