Sən təkcə anamın yox hamımızın xalası idin. Hamının halına yanan, hamının kədərinə qəmlənən, sevincinə sevinən biri idin. Bu 80 illik ömründə bəlkə də 80 min dərdin-qəmin oldu. 3 yaşlı uşaqkən atan müharibəyə gedib-qayıtmayıb. Yetimçiliklə böyümüsən. Çox ağrı-acılar çəkmisən. Sonralar da həyat üzünə gülmədi. Yenicə evləndirdiyin 20 yaşlı oğlun Elçin şəhid oldu. Böyük oğlun Sahib vaxtsız vəfat etdi. İki qızın - Zərnişan və Leyla lal-kar doğuldu.
Allahın sənə yaşatdığı bu sınaqlardan heç vaxt sarsılmadın. Nə ağrı-acın olsa heç kimə bildirmədin. İçində çəkdin. Bu da son...
Allah sənə rəhmət eləsin, Həlimə xala. Qəbrin nurla dolsun.
Araz Yaquboğlu.
Həlimə Hüseynova 25 avqust 2018-ci ildə dünyasını dəyişdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7