Cavab: Bu suala cavab vermək üçün Qurana müraciət edək. Görəsən, Quranda Peyğəmbərin (s) qızı barəsində nazil olan ayə o həzrətin xanımları barəsində də nazil edilmişdirmi? Quranda xanım Fatimə (ə) barəsində nazil olan ayələr belədir:
“Kövsər” surəsi, ayə 1:
إِنَّا أَعْطَیْناکَ الْکَوْثَرَ فَصَلِّ لِرَبِّکَ وَ انْحَرْ إِنَّ شانِئَکَ هُوَ الْأَبْتَرُ
Allah peyğəmbərə (s)“Həqiqətən, biz sənə kövsər bəxş etdik! Belə isə, Rəbbin üçün namaz qıl və qurban kəs! Şübhəsiz, sənin düşməninin özü sonsuzdur!”deyə buyurur.
Təfsirçilər “hədsiz xeyir” mənasını verən “kövsər” sözü barəsində müxtəlif fikirə malikdirlər. Amma daha aydın olan məsələ həmin sözdəki məqsədin Allah-taala tərəfindən Peyğəmbərə (s) xanım Fatimə (ə) vasitəsilə “çoxlu sayda övladlar” verilməsi olduğunu düşünməkdir. Bu sözə sübut surənin sonunda qeyd olunan ayədir. Yəni, ey Peyğəmbər, həqiqətən sənin düşməninin özü sonsuzdur və biz sənə kövsər, yəni çoxlu xeyir vermişik və onun nişanəsi xanım Fatimənin (ə) nəslindən olan övladlardır.
1.Fəxri Razi “Kövsər” surəsinin təfsirindəbelə deyir: “Quranın verdiyi bu qeybi xəbər reallığa çevrilmişdir. Belə ki, Əməvi və Abbasilərin xanım Zəhra (ə) övladlarını qətlə yetirmələrinə baxmayaraq, dünyanın şərqi və qərbi o həzrətin nəslindən olan insanlarla doludur.” Daha sonra sözlərinə belə davam edir: “Baqirul-ulum (imam Baqir (ə)), həzrət Sadiq (ə), həzrət Kazim (ə) və həzrət Rza (ə) kimi alimlər bu ailədə tərbiyə almışlar.” (“Təfsire Razi”, “Kövsər surəsinin təfsiri”)
2. “Əhzab” surəsinin 33-cü ayəsi: (“Təthir” ayəsi adı ilə məşhurdur). Xanım Fatimə (ə) barəsində nazil edilən digər ayə “Təthir” ayəsidir:
إِنَّما یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیراً
“Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinlik və pislikləri uzaqlaşdırmaq və sizi pak etməyi iradə etmişdir.”
Bu ayə həzrət Zəhra (ə), onun iki övladı (Həsən (ə) və Hüseyn (ə)), həyat yoldaşı və atası barədə nazil olmuş və onun nümunəsi vəhy və nübuvvət xanədanı olan Əhli-beytdir. Çoxlu sayda rəvayətlər Peyğəmbərin (s) bu dörd nəfəri özü ilə birlikdə Yəmən əbasının altına salaraq “Təthir” ayəsini oxuduğu və “İlahi, hər bir peyğəmbərin əhli-beyti olduğu kimi, bunlar da mənim əhli-beytimdir” deyə buyurduğuna şahidlik edir.
3.“Mübahilə” ayəsi:
Hicri illərinin birində Nəcran məsihilərinin dini alim və böyükləri Peyğəmbərlə (s) yaxından elmi mübahisə aparmaq üçün Mədinəyə gəldilər. Onlar elmi mübahisədə məğlub olmalarına baxmayaraq, İslamı qəbul etmək istəmirdilər. Peyğəmbər (s) onlara mübahilə etməyi, yəni camaatdan uzaqlaşaraq müəyyən bir ərazidə dayanmağı və orada Allahdan yalançılara lənət göndərməsini və bir-birlərinə bu barədə qarğış etməyi təklif etdi. Bu məsələ Quranda da xatırladılan həqiqi (real) məsələlərdəndir:
. فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَکُمْ وَ نِساءَنا وَ نِساءَکُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَکُم ْثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
“De: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq.” (“Ali-İmran” surəsi, ayə 61)
Ayədə Peyğəmbərin (s) üç dəstəni mübahilə meydanına gətirməsi tələb olunur:
1) Oğulları (əbnaəna)
2) Qızları (nisaəna)
3) Özü (ənfusəna)
Təfsiçi və tarixçilərin fikir birliyinə əsasən, Peyğəmbər (s) bu hadisədə imam Həsənlə (ə) imam Hüseyni (ə) oğulları, Fatiməni (ə) qızı və Əlini (ə) də özü ünvanında “mübahilə”yə, yəni ayədə işarə olunan “qarşılıqlı nifrinetmə” mərasiminə aparmışdı.
4. Allaha xatir yemək vermək:
“Həl əta” surəsi şiələrin diqqət yetirdiyi surələrdəndir. Çünki bu ayədə risalət xanədanı və onun mərkəzində dayanan xanım Fatimənin (ə) evi təriflənir:
یُوفُونَ بِالنَّذْرِ وَ یَخافُونَ یَوْماً کانَ شَرُّهُ مُسْتَطِیراً وَ یُطْعِمُونَ الطَّعامَ عَلی حُبِّهِ مِسْکِیناً وَ یَتِیماً وَ أَسِیراً إِنَّما نُطْعِمُکُمْ لِوَجْهِ اللَّهِ لا نُرِیدُ مِنْکُمْ جَزاءً وَ لا شُکُوراً إِنَّا نَخافُ مِنْ رَبِّنا یَوْماً عَبُوساً قَمْطَرِیراً فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِکَ الْیَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ سُرُوراً وَ جَزاهُمْ بِما صَبَرُواجَنَّةً وَ حَرِیراً
“Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar. Onlar yeməklərini özləri(nin ehtiyacı olub çox) istədikləri halda, Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) “Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik.”Həqiqətən, biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq. Allah onları o günün şərindən saxlayacaq və onları şadlıq və sevinclə üzləşdirəcək və onları etdikləri səbir müqabilində (üstün bir) cənnət və (zərif) ipəklə mükafatlandıracaqdır.” (“İnsan” surəsi, ayə 7-12)
Bu ayədə bir sıra mühüm mətləblər var ki, onları sizin nəzərinizə çatdırırıq:
1. Nəzirə vəfa etmək. Onlar üç gün oruc tutmağı nəzir etmişdilər və hamılıqla nəzirlərini yerinə yetirərək oruc tutdular.
2. İftar vaxtı miskin bir şəxs onların qapısını döyərək yemək istədi. Onlar öz yeməklərini ona verərək su ilə iftar etdilər və həmin günün səhəri də oruc tutdular. Bu dəfə də iftar vaxtı onların qapısına bir nəfər yetim şəxs gəldi və onlardan yemək istədi. Onlar da öz yeməklərini ona verdilər və su ilə iftar etdilər. Üçüncü gün də oruc tutdular. Həmin gün də onların qapısına iftar zamanı əsir gələrək yemək istədi və onlar bu dəfə də öz yeməklərini əsirə verdilər.
3. Onlar öz yeməklərini ehtiyaclı olduqları, (yəni ac olduqları) halda, Allah yolunda digərlərinə verdilər.
4. Onların bu işdəki məqsədi təriflənmək və təşəkkür edilmək deyildi, əksinə etdikləri yaxşılıq Allaha xatir idi və onlar belə deyirdilər: “Biz sizə yalnız Allaha xatir yemək veririk.”
5. “Məvəddət” ayəsi:
Quranda xanım Zəhraya (ə) məhəbbət göstərmək qohumluq əlaqəsi dairəsində vacib vir fərizə olaraq qeyd dilmiş və həmin məhəbbət zahirdə “risalətin əcr və muzdu” kimi qiymətləndirilmişdirdir:
قُلْ لا أَسْئَلُکُمْ عَلَیْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبى
“De ki, mən sizdən risalətim müqabilində yaxınlarıma məhəbbətdən başqa, heç bir şey istəmirəm!”(“Şura” surəsi, ayə 23)
Qeyd etdiyimiz bir sıra ayələr İslamda əzəmətli rola malik olan xanım Zəhranın (ə) məqam və fəzilətlərini tanıtırır. Əgər biz Peyğəmbərin (s) xanım Zəhra (ə) barəsində buyurduğu hədisə diqqət yetirsək, onda, bu əzəmətli xanımın məqamı daha da aydınlaşmış olar. Peyğəmbər (s) Fatiməyə (ə) belə buyurur: “Həqiqətən, Allah sənin qəzəblənməyin səbəbi ilə qəzəblənər və razı olmağın səbəbi ilə də razılaşar!” (Hakim, “Mustədrək”, c.3, səh.154; “Zəxairul-uqba”, səh.39) Həmçinin, o həzrət belə buyurmuşdur: “Fatimə (ə) mənim ciyərparəmdir, kim onu qəzəbləndirsə, şübhəsiz, məni qəzəbləndirmişdir!” (“Xəsaisun-nəsai”, səh.35) Nəticədə, məlum olur ki, Fatimənin (ə) qəzəbi Peyğəmbərin (s) qəzəbi və o həzrətin qəzəblənməsi də Allahın qəzəblənməsi deməkdir.
Deməli, xanım Fatimə (ə) məsum və pak bir şəxsiyyət idi ki, onun qəzəblənməsi Allahın qəzəbi ilə yanaşı hesab olunmuşdur. Həmin xüsusiyyətlərə malik olması səbəbi ilə Peyğəmbər (s) belə buyurmuşdur: “Fatimə (ə) cənnət qadınlarının ən üstünüdür.” (“Səhih Buxari”, c.5, səh.29)
Buxari öz kitabında xanım Fatimənin (ə) məqamı barədə bir bölmə ayıraraq Peyğəmbərin belə buyurduğunu yazır: “Fatimə (ə) cənnət qadınlarının ən üstünüdür.” Digər yerdə isə belə yazır: “Həqiqətən, Fatimə mənim ciyərparəmdir, kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.” (“Səhih Buxari”, c.5, səh.105, hədis: 255)
Nəticədə, Fatimədən (ə) başqa, hansı qadının cənnət qadınlarının ən üstünü olduğunu söyləmək olar? Bu məqamda onun tayı-bərabəri olan bir qadın varmı? Quranda bildirilən bütün bu xüsusiyyətlərə əsalanaraq, hansısa bir qadını onunla bərabər tutmaq mümkündürmü? (Şeyx Cəfər Sübhani, “Həqiqət bələdçisi”, səh.397-403)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев