Предыдущая публикация
Son dəfə əlini sıxıb gedəcəm.
Hər dəfə demişdim bacarmamışdım,
Bu dəfə dəqiqdi, çıxıb gedəcəm.
Gedəcəm sıxacaq divarlar səni,
Tənhalıq və təklik səni yoracaq.
Mən səndən qaçsamda bu xatirələr,
Unutma kölgə tək səni qovacaq.
Qayıq tək dənizə baş vuran anda,
Baxassan arxamdan bir liman kimi.
Bilirəm yadına düşəcəm sənin,
Başqa bir sevgidə uduzan kimi.
Olassan sahildə yalqız bir liman,
Dənizə durmadan boylanacaqsan.
Gözünə qaraltı dəyəcək bir an,
Düşünəssən mənəm aldanacaqsan.
Mən yorğun qayığam eşq dənizində,
Bəlkə ciskin, duman gözləyir məni.
Bəlkə də sahilə çatıb görəcəm,
Yep-yeni bir liman gözləyir məni.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2