Предыдущая публикация
Sənin nurun Xanım Zeynəb,
Çox əfzəldir mələklərdən
Könüllər nuru dərk etsə
Dadar şirin diləklərdən
Anan Zəhra xanım aşkar!
Atan kim? Heydəri-Kərrar!
O qədri paki eşqin var
Çıxıb getməz ürəklərdən
Dəva olmaz ki məlhəmlər
Yatar köksündə min qəmlər
Susar zəhmində aləmlər
Gələr ətrin çiçəklərdən
Huseynin başərəf şahi
Əlinin sönməyən mahi
Sənin ahin gəzən rahi
Xəbər aldım küləklərdən
Sənin adında var izzət
Sənin eşqin verər qüvvət
Çox əfsus ki bu gün "ümmət"
Dutar qeyri ətəklərdən
Həqiqətdir sözüm,gerçək
Bu nuru fərşidən görcək
Günəş qəddin əyib nun tək
Sücud eylər fələklərdən
Müəllif: Ümid Sadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев