ALLAH aranızdan iman gətirib yaxşı işlər görənlərə yalnız mənə ibadət edərlər, heç nəyi mənə şərik qoşmazlar deyə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün ALLAHın özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla əvəz edəcəyini vəd etmişdir. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir. (Nur 55)
BISMILLƏHİR RAHMƏNİR RAHİM
Bismillah deyilmədən başlanılan işdə xeyir yoxdur (Muhəmməd s.ə.a.s). ALLAH ondan başqa heç bir məbud yoxdur. Rəhmandır, Rəhimdir, ən gözəl adların sahibidir. Hər cür şükr və tərifə layiqdir. Onu özündən başqa layiqli tərif edə bilən yoxdur. Buyurur: “MƏN bir gizli xəzinəydim istədim tanınam, onunçün məhz insanları yaratdım (hədisi qüdsi). Biz insanı ən gözəl bir biçimdə yaratdıq (Tin 4). ALLAH bəndələrinin bəzisini seçər, onları paklaşdırar, elmilə zinətləndirər, imanla möhkəmləndirər, dərəcəsini yüksəldər, onları özünə yaxın, bəndələri ilə özü arasında vasitə, və hüccət qərar verər. Bəndələrini onlar vasitəsilə hidayət edib rəhmətinə qovuşdurar. Onlar ALLAH tərəfindən göndərilmiş elçilərdir - Peyğəmbərlər və imamlardır. ALLAH elçiləri vasitəsilə bəndələri arasında tanınar, bilinər. Ta Adəm ə.s - dan bu günə kimi heç vaxt yer üzünü hüccətsiz qoymadı. Ya peyğəmbər ya da peyğəmbər canişini vasitəsilə bəndələrini hidayət etdi, öz varlığınından onları xəbərdar etdi. Və bugün də yer üzü höccətsiz, alimsiz deyil. Hər kəsin-möminlərin, məzlumların, haqqı sevənlərin, inananların və inanmayanların gözlədiyi höccət, alim, ALLAHın yer üzündəki qurulacaq haq hakimiyyətinin rəhbəri 12-ci İmam Muhəmməd mehdi ə.s. sağ və diridir, xüruc üçün ALLAHın əmrini gözləyir. Hədislərdən oxuduğumuz zühur əlamətlərinin demək olar ki hamısının baş verməsi artıq zühurun yaxın olduğuna heç kəsdə şübhə yeri qoymayıb. Hər kəsin səbirsizliklə gözlədiyi bu zühur görəsən necə baş verəcək? İmam ə.s. necə xüruc edəcək? Onun imam olduğunu necə biləcəyik? Kimlər ona kömək edəcək? 313-ü İmammı seçəcək, yoxsa onlarada 313-dən biri olduğu vəhyləmi bildiriləcək? Bu günkü islam olduğu kimimi qalacaq yoxsa onda dəyişiklikmi ediləcək-din islahmı olunacaq? Alimlərin rəy və fikirlərinin yerini haq höklərmi alacaq? Düşmənlər saxta mehdilər ortaya çıxaracaqmı? ALLAHın düşmənin planını alt-üst edəcək hər kəsin nəzərindən saxladığı bir planı, tədbiri varmı? Biz həqiqi mehdi və onun köməkçilərini necə ayırd edəcəyik?
Həqiqət onu axtarıb tələb edən möminlərə tezliklə aydın olacaq. Əgər islam ALLAHın buyurduğu kimi kamildirsə (kamil olduğuna yəqin edirik), onda hədis və ayələrdə zuhur barədə lazım olan məlumatlar göstərilmişdir. Hər kəs mehdinin zühur edəcəyinə inanır. Onun necə zühur edəcəyini bilmək üçün gəlin hədislərə baxaq:
Peyğəmbər və İmamlar(s.ə.a.s)dan hədis və rəvayətlərdə zühurun əlamətləri və imamın zühüru barəsində kifayət qədər məlumatımız var. Biz isə nəzərlərdən qorunan (bilərəkdən və ya bilmədən alimlər tərəfindən bizə çatdırılmayan) və zühura aid olan hədislərə baxaq.
1.İmam Sadiq (ə.s.): “Hz. Mehdinin zühurundan öncə, 5 ədəd dəyişməz-qaçınılmaz əlamət ortaya çıxacaq. Yamani, Süfyani, münadinin səslənişi, günahsız ruhun (Nəfsi Zəkiyyənin) öldürülməsi və Beydada yerin çökməsi.” (Biharul Ənvar c.52 s.204)
2. İmam Əl Baqir (ə.s.) belə buyurmuşdur: “Bayraqların içindəki tək hidayət bayrağı, Yamaninin bayrağıdır. Çünki sizi sahibiniz olan Hz. Mehdiyə dəvət etməktdədir. Yamani xüruc etdiyində, silah satmaq haramdır. Yamani xüruc etdiyində ona doğru ayağa qalx. Şübhəsiz onun bayrağı, hidayət bayrağıdır. Hər hansı bir müsəlmanın onun qarşısında kibirlənib üsyan etməsi halal deyil. Hər kim bunu edərsə, o atəş əhlindəndir. Çünki O, haqqa və doğru yola dəvət etməkdədir.” (Qeybəti Numani s.264)
3. Hz Əli (ə.s) buyurur: “Hz Mehdidən əvvəl onun övladlarından biri, şərqdən çıxacaq və qılıncı 8 ay çiynində gəzdirəcək.” (Naim ibn Hammad, Kitap Əl Fitən S.216), (Əl Məlahul Fitənsetid ibni Tavus bab 133),
(Kənz Əl Ummal c. 14 S. 589), (Seyyid Məraşi Şəhr İhkaq əl has c. 13 S. 313)
4.Hz Əli ə.s dedi ki “Və Sufyani, Mədinəyə və Şərqə bir ordu göndərəcək və orada Zəvrada (yəni Iraqda və şərqdə) 70.000 nəfəri öldürəcək, 300 hamilə qadının qarnını deşəcək və sonra ordusu Kufəyə gedəcək. Sizə düşən də, Yamani olan kişinin ardınca getməkdir. O şərqdən gələcək (yəni Iraqdan) və Odur Mehdinin bayrağını daşıyan”
5. İmam Əli (ə.s) dedi: ”Mehdidən əvvəl Şərqdə onun (Mehdinin ə.s) Əhli-Beytindən olan bir adam gələcək, o qılıncı səkkiz ay çiynində daşıyacaqdır; öldürəcəkdir və şikəst buraxacaqdır və sonra Beytül Məqdisə (Qüdsə) gedəcəkdir və oraya ölmədən yetişəcəkdir.” (Cild 7 səh 261 Kənzül Ümmal Əl Mumahidun Şeyx Korani)
Peyğəmbər s.ə.a.s. Abbasın və Əli ə.s-ın əlini tutub belə dedi: “Bu adamın (Abbas) soyundan bir adam çıxacaqdır, yer üzünü haqsızlıq və tiranlıq ilə dolduracaqdır və bu adamın (Əli) soyundan birisi çıxacaqdır, yer üzünü ədalət və rahatlıq ilə dolduracaqdır. Əgər bunun oldugunu görsəniz, sizə qalan şərqdən çıxan YAMANI ILƏ GETMƏKDİR, ÇÜNKİ O MEHDININ SANCAĞI ILƏ OLANDIR.”
6. Peyğəmbərimiz s.ə.a.s. dedi ki: “Və şərqdən gələcək olan Mehdinin sancaqdarı Süfyaniyə qarşı çıxacaq. Və Süfyanini Şamda bozguna uğradacaq.” (Şərhi Əhqaq Əl Haqq Bölüm 29 s. 620)
7. Hz. Əli (ə.s) dedi ki: “İmama (Mehdiyə) ilk iman edən Bəsrədən, sonuncusu isə İbdaldandır (Suriyadan).” (Bəşaratul Islam s. 148)
8. Imam Cəfər əl Sadiq (ə.s) On ikinci İmamin adamlarını sayarkən dedi ki: “Və Bəsrədən… Əhməd…” (Bəşarat Əl-Islam. s. 181
9.Rəsullullah səas dedi: “…Və onlardan sonra 12 Mehdi gələcək. Əgər Höccət ibn Həsənin getmə zamanı (qeybət) gələrsə vasiyyətimi oğluna təslim etsin ki, O Birinci Mehdidir. Və onun 3 ismi vardır; birinci ismi mənim atamın ismi kimi Abdullah, ikinci ismi mənim ismim kimi Əhməd və üçüncü ismi də Mehdidir. O iman gətirənlərin ilkidir…” (Qeybəti Şeyx Tusi s.150)
10. Və İmam Baqir ə.s dedi ki: “Allahın Taliqanda bir xəzinəsi var, nə qızıldır nə də gümüş. Xorasandan 12.000 Əsgər, şüarları: “Əhməd Əhməd”. Haşimoğullarından bir şəxs, boz bir ata minmiş, qırmızı bir boyun sarğısı geymiş, onlara liderlik edər. Sanki onu Firatı keçərkən görürəm. Əgər onu eşitsən, buz üstündə iməkləmək məcburiyyətində belə qalsan, arxasından get.” (Mutahab Əl-Ənvar Əl-Muzia s. 343)
11. Hüzeyfə ibn əl Yəməni Rəsulullahı s.ə.a.s. bunu söylərkən duydu: “Rükn və Məqam arasında ona Beyət edəcəklər, ismi Əhməd, Abdullah və Mehdidir. Bunlar onun 3 ismidir. (Qaiba Əl‐Tusi. s. 305, 299, 454, 470), (Biharul-Ənvar. cild 52 s. 291), (Mucam Əhadis Əl-Korani. cild 1, s. 453), (Əl-Xəra ’əc Əl‐Cara’əh Ləkatb Əl-Din Əl-Ravandi. s. 1149)
12. Imam Əli ə.s: “Və nə zaman ki, Əhməd idarə edir, o zaman Muhəmmədə iman gətirilmişdir” (səh 6 Əli ibn Əbu Talib ə.s-dan Axir Zaman əlamətləri Əli Aşur)
13. Rəsulullah (səas): “İman Yəmanidir və mən Yəmaniyəm” (Biharul Ənvar cild 57 səh 232)
14.İmam Baqir ə.s: “ Onun (Qaimin) 2 ismi var: Biri gizlidir və digəri də aşikardır. gizli olan ƏHMƏD və aşikar olan da MUHƏMMƏDDİR.” ( Kamal Əl-Din cild 2. səh 653)
15.İmam Sadiq ə.s buyurmuşdur : Qaimdən sonra on iki Mehdimiz var, onlar Hüseyn ə.s-ın övladlarıdır. (Bihar Əl Ənvar 53 148), ( Şeyx Tusi Qeybət S. 385.)
16.Şeyx Müfid buyurmuşdur: Qaim ə.s-ın dövlətindən sonra övladlarının dövləti qurulacaqdır, bunun xaricində heç bir dövlət olmayacaqdır Allahın izni ilə… (Şeyx Müfid, İrşad Kitabı c. 2 s.387)
17.İmam Zeynəl Abidin ə.s. dedi ki: “Qaim (qalxacaq olan) aramıza zühur edəcək və ondan sonra 12 Mehdi olacaq.”(Şərh Əl Əxbər 3/400)
18. Rəsulullahdan (s.ə.a.s.) nəql edilən bir hədisdə deyilir: "Əgər onu görsəniz, ona beyət edin. Çünki O (Yəmani a.s) Mehdinin (ə.f) Xəlifəsidir!. " (Bəşarətul-İslam səhifə 30), ( İbn Tavus Əl Məlahimu vəl Fitən s. 50)
19. İmam Əli (ə.s): "Ordular hazırlandığında, müxtəlif rəhbərlər ayaqlandığında, üsyançılar üsyan etdiyində və dinsizlər (kafirlər) yox olduğunda, o zaman GÖZLƏNİLƏN QAİM və BİLİNMƏYƏN İMAM qürur və ərdəmlə ortaya çıxacaq. Ey Huseyin O sənin nəslindəndir və bənzəri yoxdur. O cırıq paltarda iki künc arasında ortaya çıxacaq. O dünyadakı bütün insanlara hakimlik edəcək və dünyanı hər pislikdən təmizləyəcək. Xoşbəxt o adamdır ki, onun (Qaim) ortaya çıxmasına qədər yaşayacaq və onun (Qaimin) hakimiyyətindən zövq alacaq. ( Biharul Envar c.52 s.235)
20. "Mehdinin bayrağının üzərində belə yazılmışdır: ElBaya Lilla, Beyət Allahadır." (Melahim Vel Fita s.144)
Bu hədis və dəlillər inandığımız kitablardan sadəcə bir qisimdir. Hədislərdən də görünür ki, hər şey bizim bildiyimiz qədər deyilmiş. Hədislərdə 12-ci İmamın köməkçisindən, övladından, yəmani deyilən bir şəxsdən, Əhməd adlı birindən, ondan sonra gələcək 12 mehdidən bəhs edilir. Kimdir bu Əhməd?
12-ci imam Muhəmməd Mehdi ə.s. oğlu Salman oğlu Hüseyin oğlu Saleh oğlu İsmayıl və onun da oğlu Əhməd. Bəsrədən Əhməd əl Həsən 313-ün ilki, imamın 5-ci övladı, köməkçisi, yəmani, 12 mehdinin birincisidir. 12-ci İmam Mühəmməd ə.s tərəfindən əhli beyt elmini yaymaq, dini və möminləri islah etmək, İmamın gəlişinə şərait yaratmaq, ona beyət toplamaq üçün göndərilmişdir. Ey möminlər Əhməd əl Həsən ə.s haq yola dəvət edir. O doğru elmlə gəlmişdir. Necə ki hədislərdə o 3 şeylə gələcək Vəsiyyət, peyğəmbərlərin mirası və elm. Heç kimsənin cavab verə bilmədiyi suallara cavab verir. Necə ki, İmamlara verilən Mehdini necə tanıyaq sualına cavabda ona ən çətin suaalları verin. O Peyğəmbərimizin (s.ə.a.s) buyurduğu kimi sizi ALLAHın hakimiyyətinə çağırır. ALLAH bizlə və ya bizsiz öz iradə və istəklərini mütləq həyata keçirər. Siz isə mükafat üçün tələsin.
İmam Cəfər Əl Sadiq əleyhissalam buyurdu: “gecə on iki saatdır, gündüz də on iki saatdır, aylar da on iki dənədir. İmamlar da on iki imamdır. Naqiblər (seçkinlər) on iki dənədir və şüphəsiz Əli əleyhissalam on iki saatdan bir saatdır və bax bu Uca Allahın bu ayəsinin yorumudur: “onlar saatı yalanladılar, biz də saatı inkar edən üçün atəşi hazırladıq. ”(Qeybət-i Numani s. 87)
Əgər saat İmamlara işarədirsə, onda gün 24 saatdır. 12 saat gecə- zalım hakimlərin əsarətində rəhbərlik edən 12 imam, 12 saat gündüz-yer üzündə yalnız ALLAHın hakimiyyəti və rəhbərlik edən 12 mehdi. Artıq sübh yetişib səhərə az qalıb-12-ci İmam ə.s-ın xürucuna.
Ey mehdinin zühurunu gözləyən möminlər! İmam Hüseyni İraq əhli səbirsizliklə gözləyirdilər. İmam onlara öz elçisi Müslim ibn Əqili göndərdi ki, görsün həqiqətəndə şiələr onun rəhbərliyini istəyir, ona zülmə qarşı qiyamda dəstək olacaqlar. Amma onlar süstlük etdilər, aldandılar, qorxdular, nəticədə İmam əs-ın elçisi şəhid oldu. İmam Hüseyn ə.s-ı da tək qoydular və şəhid etdilər. Bu gün də gözləyirsiz ki, İmam Mehdi təkbaşına zühur etsin, özünün imam olduğunu sübuta yetirmək üçün sonsuz əziyyətlərə məruz qalsın, və düşmənləri tərəfindən şəhid edilsin? Və ya möcüzəvi şəkildə gəlməsinimi gözləyirsiz-Əli qılınclı mələklərlə? Tezliklə yer üzündə onun rəhbərliyi ilə ALLAHın hakimiyyəti qurulacaq. Və ona beyət edənlər və beyətlərini sındırmayanlar həqiqi möminlərdir.
Bəzi möminlər nəyi gözləyirlər Medinin zühuru üçün Müctəhidin fətvasınımı? Müctəhid fətva verməsə Mehdi zühur etməyəcəkmi? Müctəhidlərmi Mehdiyi seçəcək, yoxsa kimin rəhbər olacağını Mehdimi seçəcək? Onda indiki müctəhidlər, alimlər öz vəzifələrindən əl çəkib, risalə və fətvalarını kənara qoymalı, sıravi bir mömin kimi İmama təslim olmalı deyillərmi? Bunu edəcəklərmi? Mən əmin deyiləm. Siz necə?
Muhəmməd peyğəmbər yəhudilərə iman gətirin dedikdə onlar “alimlərimizdən soruşaq” dedilər nəticədə alimləri onları azdırdı.
Hz. Əli (ə.s) buyurdu: Qaim ayaqlandığında (qiyam etdiyində) fətva əhlindən intiqam alacaq. Onlar bilməyərək özlərindən fətva verən kəslərdir. Fətvanı verənlərin və onların ardınca gedənlərin vay halına. Din əskikmi idi, onlar tamamlamağa çalışdılar ya da dində əyrilikmi var idi ki, onlar düzəltməyə çalışdılar? (Bəyanul Əimmə C. 3 S. 298), (Əlzamul Nəsəb c. 2 s 200), (Yəvməl Xilas Səhifə 410)
İmam Həsən əl-Əskəri (ə) belə buyurur: Ey Əbu-Haşim! Elə bir dövr gələr ki, o dövrün alimləri Allahın yer üzündə yaratdıqlarının ən şərr kəsləridir, çünki onlar fəlsəfəyə və sufiliyə (irfana) meyl edərlər. Kim o alimlərin zamanında yaşasa onlardan ehitiyyatlı olsun, dininizi (halal-haramınızı) və imanınızı (onlardan) qoruyun .
Əhli-şiə mənbələri:
1) Şeyx Hurr Amili “Vəsailuş-şiə”: c.1, səh.370, hədis: 25 (13308)
2) Müqəddəs Ərdəbili “Hədiqətuş-şiə”,
3) Şeyx Nuri “Mustədrəkul-vəsail”: c.2, səh.322 və c.11, səh.380
4) Şeyx Abbas Qumi “Səfinətul-bihar”: c.2, səh.57
5) Əllamə Xoyi “Nəhcul-bəlağənin şərhi”: c.6, səh.304
6) Seyyid Nematullah Cəzairi “Ənavrun-Nomaniyyə”
7) “İsna əşəriyyə”, səh.32
İmam Cəfər Sadiq (ə) buyurur: "Bir qövm güman (elə hesab) edir ki, mən onların İmamıyam. Allaha and olsun ki, mən onların İmamı deyiləm. Allah onlara lənət etsin. (Çünki) Onlar üçün bir şeyi nə qədər örtdümsə, onlar üstünü açdılar. Mən “bu belədir” - deyirəm, onlar isə deyəcəklər ki, İmam filan şeyi nəzərdə tuturdu ( və ya İmam başqa bir şey söyləmək istəyirdi, İmamın məqsədi başqadır, İmamın məqsədi filan şeydir – yəni mənim dediyimi istədiklər kimi yozurlar). Mən yalnız mənə itaət edənlərin İmamıyam. (Əllamə Məclisi Biharul-ənvar c.2 səh.80 hədis 76) (Şeyx Əbu Əbdillah Muhəmməd ibn İbrahim ibn Cəfər əl-Katib Ğeybəti Numani bab 1 hədis 8)
Imam Əli (ə.s) İmam el-Hüccətlə (ə.s) bağlı belə buyurdu: "Şüphəsiz O geybə çekiləcəkdir, ta ki cahillər belə deyəcəklər: Vallah Ali-Muhəmmədə (ə.s) ehtiyacımız yoxdur." (Kemaluddin cilt 1 s. 303)
Əbu Cəfər (əs) buyurdu: Allaha and olsun ki, nəzdimdə ən sevdiyim əshabım ən inanclı və ən fəqih olanı, hədislərimə ən gözəl şəkildə sarılandır, və əshabımın ən pisi və ən çox düşmənim olmuş olanı o kəsdir ki, bizə bir hədis nisbət etdiklərində və ya rəvayət etdiklərində, onu pisləyər və inkar edərək rədd edər, və hər kim hədislərə inanarsa, onu kafir sayar, halbuki, o bilməz bəlkə o hədis bizim tərəfimizdən deyilmişdir, və etdiyi inkar üzündən bizim vilayətimizdən çıxmış olacaq.( Əl-Kafi cild 2 səh. 223, Müxtəsərul Bəsairul-Dərəcat səh.98, Vəsailul-Şiə (Əhlil-beyt) cild 27 səh.87 Müstədəril Vəsail cild 1 səh.80)
İmam Sadiq (əs) buyurdu: Hədisləri inkar etməyin, əgər çoxunu və ya bir miqdarını, hətta bir kölgə və ya ruzigarını bizə nisbət edərlərsə, yenə inkar etməyin, çünki içində haqq ola biləcək bir şey ola bilər və siz bilməyə bilərsiniz və əgər bunu etsəniz, Allahı səması (ərş) ucalığında yalanlamış olarsınız.
(Əl Məxasənəl Əhməd ibn Muhəmməd ibn Xalidul-Bərqi cild 1 səh. 230, Ələl Şəraiq cild 2 səh.395)
Hər kəs qiyamət günü öz imamı ilə dirilər. Elə bir şəxsin ardıyca gedin ki, haq olduğuna ALLAH tərəfindən dəlili olsun, onu izləmək (təqlid etmək) sizi cənnətə aparsın .
Hz.Əli (əs) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz , əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız. (Şərhul Nəhcul Bəlağa İbn Xəlil)
De: bir deyin görüm, əgər ALLAH tərəfindən gəlmiş olsa və siz onu inkar etmiş olsanız, onda uzaq ayrılıq içində olan kəsdən daha azğını kim ola bilər? (Fussilət 52). ALLAH istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı olanlar dərk edər (bəqərə 269). Pəbbindən sənə nazil edilənin haq olduğunu bilən korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd nəsihət qəbul edərlər (rəd 19). O kəslər ki, sözü eşidib onun ən gözəlinə uyarlar. Onlar ALLAHın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də onlardır (zumər 18)
Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaq sınız. (yunus 14)
Salam olsun Muhəmmədə əhli beytinə-12 İmama və 12 mehdiyə. Salam olsun hidayət yoluna tabe olanlara. Əssəlamun ələykum və rəhmətullahi və bərəkatuh
Daha ətraflı: “ahmedalhasan313.wordpress.com”, “ahmedelhasan.wordpress.com”, “ahmedelvasi.wordpress.com”, “yamaani.co”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев