Ruh da kim, cismim ilə, hər gün görür bahəm əzab.
Bir şəfaət istə Allahdan, şəfa etsin mənə,
Olmasan sən həmdəmim, bil kim, olar həmdəm əzab.
Hər kəlamın bir hidayətdir sənin, sən Hadisən,
Kim əməl eylər, olar ondan uzaq hər dəm əzab.
Qıl mədət, biçarə könlüm çarə istər dəhrdə,
Çarə qıl, bəxş eyləmiş gör kim, mənə matəm əzab.
Qismət olmur heç mənə, bir gün Sənə zəvvar olam,
Bax bu da, bir aşiq üçün, həm rəzalət, həm əzab.
Kəbədə dünyaya gəldün, Kəbənin övladisən,
Ehtiramın saxlamazsa, gər, çəkər aləm əzab.
Bir zaman röyadə gördüm mən Əlinün qatilün,
Hey cəhənnəmdə çəkirdi ol ibn Mülcəm əzab.
Ya Əli, Sən Elçinə ver qəbr əzabından nəcat,
Qoyma görsün qəbr evində bəndeyi-delqəm əzab.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев