Предыдущая публикация
Yuxuda yaxınsan, gerçəkdə uzaq,
Təklikdən ürəyim buz bağlayacaq.
Qəlbimdə yerini kim dolduracaq?
Nə olar yenidən yuxuma qayıt.
Təsəlli ver mənə hər səhər-axşam,
O gözəl səsinçün çox darıxmışam.
Sanma yoxluğunla mən barışmışam,
Nə olar yenidən yuxuma qayıt.
Yadımdan çıxarım səni mən necə?
Səni düşünürəm, səni hər gecə.
Hamıdan xəlvəti bir gün gizlicə,
Nə olar yenidən yuxuma qayıt.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев