Qurandan nə oxusan, siz nə iş
görsəniz, başınız ona qarışarkən
Biz sizə şahid olarıq. Nə yerdə, nə
də göydə zərrə qədər bir şey
Rəbbindən gizli qalmaz. Bundan
daha kiçiyi və daha böyüyü
yoxdur ki, açıq-aydın Yazıda
(Lövhi-Məhfuzda) olmasın. (Yunus
Surəsi, 61)
Quranda bildirildiyi kimi, Allah
insanların içində olduğu hər
vəziyyətin ən incə detallarına
qədər bilir. Çünki, insanı da,
insanın içində olduğu bütün hal
və vəziyyətləri də yaradan Allahdır.
İnsanın bir anda ağlından keçən
bir düşüncəni, eyni anda
bədəninin hər hansı bir yerində
hiss edilən ağrını, o an əlində
oxuduğu sözə qədər hər detalı
Allah yaradır və bütün bunlar
Allahın sonsuz elmi daxilindədir. O
kişinin o an yaşadığı hər hansı bir
hadisə, özü haqqında o an edilən
bir söhbəti, həmin an çalacaq
telefoni və zəng edən insanı Allah
ən incə detallarına qədər
yaratmışdır. Bunların hər biri
Allahın müəyyən etdiyi qədərdə
mütləq yaşanacaqdır. İnsanın
etməli olduğu şey isə, bütün
bunları bilərək bütün qəlbi ilə
Allaha təslim olmaq, Allaha dərin
və güclü bir sevgi ilə təvəkkül
etməkdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев