08.08.2015 tarixinde.. ------------------------------ Bu münasibətlə keçirilən silsilə tədbirlərdə rayonun dünəni, bugünü, sosial-iqtisadi inkişafı, mədəni dəyərləri bir daha nəzərdən keçirilib.
Bayram tədbirlərinə rayonun Heydər Əliyev parkından start verildi. Ulu öndərin abidəsi önünə tər çiçəklər düzüldü. Qonaqlara və tədbir iştirakçılarına rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları təqdim olundu. Goranboy rayonu 1930-cu il avqustun 8-də yaradılıb. Ötən illər ərzində Goranboyda 2 Sovet İttifaqı qəhrəmanı, 11 Sosialist Əməyi Qəhrəmanı, 9 Milli Qəhrəman yetişib. Qarabağ savaşında 291 goranboylu şəhid olub. Rayonun sosial-iqtisadi inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdı. 1969-cu ildən sonra Goranboy respublikamızın ən iri pambıqçılıq və taxılçılıq rayonlarından birinə çevirildi. Ümumulli liderimiz Heydər Əliyev 3 dəfə rayona səfər edib, sakinlərlə görüşüb. Azərbaycan prezidenti İlham Əliyev son 5 ildə, 4 dəfə Goranboyda olub. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 6 sərəncam imzalayıb, nəticədə Goranboyda kənd təsərrüfatı ilə yanaşı, geniş profilli sənayenin də yaradılması təmin olunub. Bir neçə il əvvəl burada 4720 yerlik, 24 yeni məktəb tikilib, 8 təhsil ocağı əsaslı təmir olunub. Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Ulu Öndərin adını daşıyan park, Yeni Avtovağzal, idarə və müəssisələr üçün inzibati binalar istifadəyə verilib, yeni yollar çəkilib, park və xiyabanlar qurulub. Bütün bunlar ədəbi-bədii kompazisiyalar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olundu. Adət ənənələrimiz, milli mənəvi dəyərlərimiz, rəsm əsərləri, xalq tətbiqi sənət nümunələri, idmançıların nümunəvi çıxışları, aşıq deyişmələri böyük maraqla qarşılandı. Goranboyun 85 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində konfrans keçirildi, bayram tədbirləri geniş konsert proqramı ilə davam etd
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев