Suriya prezidenti Bəşşar Əsəd ölkəsinə
yerləşdirililməsi nəzərdə tutulan sülh qüvvələri
haqqında danışıb.
AzadXeber. az -ın “Sputniknews”-ə istinadən
verdiyi məlumata görə, Bəşşar Əsəd rusiyalı
jurnalistlərin suallarını cavablandırıb. O , ölkəsinə
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri
tərəfindən sülh qüvvələrinin yerləşdirilməsi
mövzusuna toxunaraq sərt çıxışlar edib: "Suriyaya
sülh qüvvələrinin yerləşdirilməsinin qəti
əleyhinəyəm və bunun bir oyun olduğuna
əminəm".
Prezident bu addımın bəzi koalisiya qüvvələrinin
dünyaya hökm oxuyan “İŞİD” vahabi terrorçu
qruplaşmasını hər bir kəsə dövlət kimi
tanıtdırmaq siyasətini daşıdığını deyib.Daha sonra
o, tərkibində 60-dan çox böyük dövlətlərin olduğu
koalisiya qüvvələri yalnızdildə terrorçularaqarşı
mübarizə apardıqlarını bildirərək hərşeyin tam
əksinə olduğunu bildirib:
"Sözügedən qüvvələr hər gün İraq və Suriyada ən
azı 10 dəfə bombalı hücumlar həyata keçirir.
Nəticədə yüzlərlə günahsız insanların ölümünə
səbəb olurlar . Məntiqlə düşünəndə bu qədər
böyük dövlətlər illərdir balaca bir qruplaşmanı
guya zərərsizləşdirə bilmirlər . Sadəcə “İŞİD”-iyox
etmək istəmirlər.Azyaşlı uşaq belə olsa nə
oyunlar çevrildiyini anlayar.Buna baxmayaraq
Suriya ordusu terrorçulara qarşı tək başına
vargücü ilə
mübarizəsini davam etdirir”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев