çıxdı. Bilmirdi hara getsin.
Təsadüfən yolu məscidə düşdü. Moizə edən
alim məclisi coşduraraq
insanları salavat göndərməyə həvəsləndirirdi.
Kasıb kişi orada dayandı
və moizə edənin sözlərinə qulaq asmağa
başladı.
O, deyirdi ki, salavat göndərməkdə
səhlənkarlıq etməyin!
Əgər varlı şəxs salavat desə Allah Təala
onun malına bərəkət verər.
Əgər kasıb səlavat desə, Allah Təala onun
ruzisini asimandan göndərər.
Kasıb məclisdən xaric olaraq yol gedə-gedə
salavat göndərməyə başladı:
" Allahummə səlli əla Mühəmmədin və ali
Muhəmməd."
Üç gün bu hadisədən keçdi. O, hələ də
salavat göndərirdi.
Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa
dəydi.
O, daşı qaldırdı və gördü ki, altında qızılla
dolu bir bağlama var.
Öz-özünə dedi: -Mənim ruzimin vədəsi
asimandandır.
Mən yerin ruzisini istəmirəm.
Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı
yoldaşına danışdı.
Kasıb kişinin yəhudi bir qonşusu vardı.
Əhvalatı danışarkən damda dayanıb onun
sözlərinə qulaq asırdı.
Bunu eşidən kimi özünü xarabalığa çatdırdı
və bağlamanı evinə gətirdi.
Onu açdıqda gördü ki, içi ilan və əqrəblə
doludur.
Ailəsinə dedi: -Bizim bu müselman
qonşumuz bizim düşmənlərimizdir.
Mən damda olanda o, bu sözləri danışırdı ki,
mən tamaha düşüm
gedib o şeyi evə gətirdim, ilan və əqrəblər
bizi sancsın!
İndi ki, belə oldu mən bunu dama qaldırıb
onların başlarına tökəcəyəm,
qoy həlak olsunlar. Bizim üçün zərər
istəyirdilər qoy öz başlarına gəlsin.
O, dama qalxaraq gördü ki, kasıb kişi
yoldaşı ilə mübahisə edir.
həyat yoldaşı deyir: -Ay kişi, heç rəvadırmı
ki, sən bu qədər
var dövlət tapasan və onu götürməyəsən,
biz də bu kasıbçılıqda qalaq?
Kasıb kişi dedi: -Mən ümüd edirəmki,
Allah bizim ruzimizi asimandan nazil edəcək.
Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını
açaraq,
içindəkini onların başına tökdü. Kasıb kişi
gördü ki,
damdan səs gəlir. Başını qaldiranda evə qızıl
yağdığını gördü.
Səsləndi: -Ay arvad, bax göydən qızıl
tökülür.
Tez salavat göndərməyə başladı və qızılları
topladı.
Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir.
Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb
gördü.
Yenidən onu aşağı əyərək qalanını da tökdü.
Yəhudi anladı ki, bu qeybi sirlərdəndir.
Xatırladım ki, bu hadisə Musa(ə)-nın
zamanında baş vermiş əhvalat kimidir.
Nil suyu Qutbilər üçün qan, Sibtilər üçün su
olmuşduş.
Yəhudi o anda kasıb kişini evinə dəvət elədi
və onun vastəsilə müsəlman oldu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев