YAP İcra katibinin müavini, Mili Məclisin deputatı Siyavuş Novruzov deyib ki, hazırda Naxçıvan Muxtar Respublikası sürətli inkişaf dövrünü yaşayır. Bu günlərdə 85 illik yubileyini qeyd edən Muxtar Respublika Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində yeni-yeni uğurlar qazanır. S.Novruzov bildirib ki, ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvanda da böyük abadlıq-quruculuq işləri aparılır. Bir neçə gün öncə Naxçıvanda səfərdə olan Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
“Dövlətimizin başçısı səfəri zamanı Muxtar Respublikada yeni obyektlərin açılışında iştirak etmişdir. Açılan yeni müəssisələr, məktəblər, səhiyyə ocaqları, idman kompleksləri vətəndaşlara xidmət edir. Ona görə də Naxçıvan əhalisi bütün bunları yüksək dəyərləndirir”, - deyə S.Novruzov vurğulayıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев