ə) və hicabı
Həzrət Fatimə(s.ə) çox həyalı,ismətli və həm də İslami hicab və geyimə çox ciddi şəkildə diqqət yetirən pak bir xanım olmuşdur.O Xanım Allahın müqəddəs kitabı"Qurani-Kərim"in göstərişlərinə uyğun şəkildə bütün vacib hökmlərə əməl etməyə,o cümlədən hicaba riayət etməyə möhkəm bağlı idi.Həzrət Əli(ə) buyurur:"Bir kor kişi Fatimənin(s.ə) evinə daxil olmaq üçün icazə istəyir.O əziz xanım üzünü gizlədir.Atası Peyğəmbər(s) buyurur ki,o kordur,səni görmür,niyə üzünü örtürsən?Fatimə(s.ə) cavab verir ki,onun hissiyyatı sağlamdır.Allahın elçisi:"Şahidlik edirəm ki,sən mənim canımın parasısan.-deyə buyurur"Fatimə(s.ə) atası Peyğəmbərin(s)"Qadınlar üçün hansı şey yaxşıdır"sualına belə cavab vermişdir:"Qadın üçün ən yaxşı iş odur ki,onlar kişiləri görməsin və kişilərdə onları görməsinlər."Peyğəmbər(s)ona verdiyi "Qadınlar nə vaxt öz Allahına yaxın olurlar"sualına isə belə cavab vermişdir:"Qadın o zaman öz Allahına yaxın ola bilər ki,evinin altında sakin olsun."Cavabı eşidən Peyğəmbər(s):-"Bu qız mənim canımın parasıdır"-deyə söyləyir.
Bu və buna oxşar rəvayətlərdə Həzrət Zəhranın(s.ə) bu rəftarından hicaba kamil formada riayət etmək,hicabın əhəmiyyəti,naməhrəmlərdən uzaq gəzmək və Allahın əmrinə itaət etmək kimi xüsusiyyətləri əksini tapır.Hər bir namuslu və pak müsəlman xanıma layiqdir ki,iki dünya xanımlarının seyyidəsi və Qiyamət gününün şəfaətçisi Xanım Ftiməyi-Zəhranı(s.ə) özünə nümunə götürsün və özünü ona bənzətsin.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев