Azərbaycanlıların bəzi etnoqrafik qrupları isə XIX əsrin sonuncu rübünə qədər mövcud olmuşdu[100] Gəncəbasar türkləri(ayrımlar) — Azərbaycanın qərbində (Gəncə və ətrafında, Daşkəsən və Gədəbəy rayonlarında), Kiçik Qafqaz d dağlarında[57] məskunlaşıblar.Türkiyə türkləridirlər və XV əsrdə Azərbaycana köçürülüblər.
Əfşarlar — 24 oğuz tayfasından biridir. Bu tayfanın müasir təmsilçiləri azərbaycan etnoqrafik qrupu hesab olunur[101][102] və onlar həm də İranın hər yerində məskundurlar.
Bayat tayfası — oğuz tayfası, həm azərbaycanlıların və həm də türkmənlərin subetnik qrupudur.[103]
Qaradağlılar — İranın şimal-qərbindəki Qaradağ yaylasında məskundurlar. Əsasən heyvandarlıqla məşğul olmaqla, yarımköçəri həyat tərzi keçirirlər. Mədəni cəhətdən qonşuları olan şahsevənlərə yaxındırlar.[57] Yeddi tayfaya bölünürlər.[104]
Qızılbaşlar — türk köçəri tayfa birləşməsi. İran və Azərbaycan ərazisinə XV–XVI əsrlərdə köçmüşlər. İranda və Əfqanıstanda məskunlaşıblar. Şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar və zülqədər tayfalarına bölünürlər.[105]
Qarapapaqlar — əsasən Azərbaycanın qərbində, qismən Gürcüstanda yaşayırlar. Tərkəbün (digər adı "borçalı"dır ki, bu da "xan tayfası" mənasını daşıyır), saral, ərəbli, canəhmədli, çaxarlı, ulaclı tayfalarına bölünürlər.[106]
Padarlar — oğuz tayfalarından biridir. Elxanilərin dövründə Türküstandan Azərbaycana (Arazdan cənuba) köçmüşlər. Müasir Azərbaycan Respublikasının ərazisində isə XVI əsrdə məskunlaşmışlar.[69] Onlar təsərrüfat və məişətlərində, xüsusilə, gündəlik yarımköçəri maldarlıq işlərində adət-ənənələrini digər azərbaycan etnoqrafik qruplarından daha uzun müddət saxlaya bilmişlər.[57]
Tərəkəmələr — azərbaycanlıların ayrıca etnik qrupu,[107] Dağıstanda və Azərbaycanın cənub sərhədi boyu rayonlarda yaşayırlar. "Tərəkəmə" termini ilk olaraq etnik, tayfa adı kimi işlədilmişdi. Amma XIX əsr — XX əsrin əvvəllərində bu termin daha çox Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhali üçün, "köçərilər" sözünün qarşılığı olaraq istifadə edildi.[60]
Şahsevənlər — əsasən İranda[57] və Arazdan cənubda Cəbrayıl düzündə məskunlaşıblar.[108] İnanlı, bağdadi, usanlu və başqa tayfalara bölünürlər.[109] Aleksandr Yerisyanın(ru) yazdığına görə, Qazax qəzasının (indiki Qazax, Ağstafa və Azərbaycanın Tovuz rayonları) yaşayış yerlərinin adlarında — Qədirli və Qaralal toponimlərində, adları qalmaqda olan qədirli və qaralal tayfaları da şahsevənlərin qolları hesab olunmuşlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев