Qurani-kərim problemlərdən qurtuluş üçün təqvanı
təsirli sayır. Yoxsulluq içində yaşayan insan təqvaya
üz tutduqda təqva onun qəlbindəki iztirabı aradan
qaldırır. Bu o demək deyil ki, təqvalı insan ruzi ardınca
getməməlidir. Təlaşın öz səmərəsi var və təqva onu
daha təsirli edir. Təlaq, 3: “Və ona gözləmədiyi yerdən
ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona
kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah
hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.”
Bəli, ruzi ardınca gedən insan üçün çətinliklər var.
Amma təqva bu çətinlikləri aradan qaldırır.
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ayə tanıyıram
ki, bütün bəşəriyyət ona əl aparsa hamının
müşküllərinin həlli üçün bəs edər.” Sonra həzrət “mən
yəttəqillah” (Təlaq, 2) ayəsini oxudu. (Məcməul-
bəyan, c. 1, səh. 306)
Qeyd etmək lazımdır ki, təqva psixi xəstələrə də
müsbət təsir göstərir, onların durumunu yaxşılaşdırır
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев