İki mələk gəlib oturur.
Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Rəbbim, Allahdır!»
Deyirlər: «Dinin hansıdır?» Deyir: «Dinim İslamdır».
Deyirlər: «Peyğəmbərin kimdir?» Deyir: «O, Allahın
rəsulu Muhammed (s.a.s)-dir».
Deyirlər: «kitabın hansıdır?» Deyir: «Qurani Kərim
oxudum, ona iman gətirdim və onu təsdiqlədim».
Səmadan çağırış səsi gəlir: «Mənim bəndəm haqqı
dedi. Onu cənnətə yerləşdirin, cənnət qapısını onun
üzünə açın. Onun bədənindən xoş iy gəlir. Onun məzarı
göz görən məsafə qədər genişlənir. Onun yanına
xoşsifət, gözəl geyimli, xoş ətirli bir adam gəlib deyir:
«Səni sevindirəcək kəsin müjdəsini ver. Bu, sənə vəd
edilmiş gündür». O soruşur: «Sən kimsən? Sənin sifətin
xeyirdən xəbər verir». O adam deyir: «Mən sənin saleh
əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənə bir an imkan
ver, bir an imkan ver ki, ailəmi, əmlakımı görüm».
Kafir bəndə dünyanı tərk edib axirətə qovuşduqda isə,
onun yanına qara sifətli mələklər gəlir, əllərində tükdən
parça olur.
Ondan gözlə görünən bir məsafədə otururlar. Sonra
ölüm mələyi gəlir, onun başı üstə oturub deyir: «Ey
xəbis (pis) nəfs, Allahın qəzəb və nifrətini qazanmaq
üçün üzə çıx!» Nəfs (can) onun bədənindən əyri uclu
dəmir əsa yaş yundan çıxdığı kimi çıxır. Mələk onu
əlinə götürür, bir an belə saxlamadan o biri mələklərə
ötürür. Onlar isə nəfsi gətirdikləri parçaya bükürlər, elə
bil ki, yerdən tapılmış cəsəddir. Onu göyə qaldırırlar.
Onunla mələklər qarşısından keçəndə onlar soruşurlar:
«Bu murdar iy nədir?» Deyirlər: «Filankəs oğlu
filankəs». Onun dünyada daşımış olduğu ən pis adları
sadalayırlar. Bu yolla dünya səmasına çatırlar, qapıları
açmağı tələb edirlər. Lakin onları açan olmur. Sonra
Rəsulullah (s.a.s) «Onlar
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев