Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi.
Birdən evin qapısı açılıb zibbilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü imama sataşan
kimi ona salam verdi. Imam ondan
soruşdu: «Bu evin yiyəsi bəndədir ya
azad» (Yə᾽ni quldur yoxsa qeyri-qul).
Kəniz dedi: Azaddır.
Imam (ə) buyurdu: «Azad olduğu bəllidir.
Әgər bəndə olsaydı, Allahdan qorxub bu
işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün
gecikdiyini ondan soruşduqda kəniz
əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub imamın sözləri
barədə düşündü. Birdən yerindən qalxıb
ayaqyalın imamın dalınca qaçdı. Özünü o
həzrətə yetirib salam verdi və imamın
hüzurunda öz əməlindən peşman
olduğunu söyləyib tövbə etdi. O gündən
sonra kef məclisini ibadətgaha çevirdi və
həmin günün xatirəsini əbədi yaşatmaq
üçün o gündən e᾽tibarən ayaqyalın
gəzərdi. Buna görə də Büşri-hafi
(ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев