ilə rastlaşmışdı. Bunlardan biri həzrət Әli
əleyhissalam o birisi isə onu tanımayan bir
xristian idi. Xristian Kufə şəhərinin
ətrafındakı bir məntəqəyə, həzrət Әli
əleyhissalam isə Kufəyə gedirdi. Onlar
birlikdə olduqları müddətdə darıxmamaq
üçün söhbətə başladılar. Yol ayrıcına
çatdıqları vaxt xristian xudahafiz deyib
yoluna davam etdi. Ancaq müsəlman
yoldaşının, yolu başqa tərəfə olduğuna
baxmayaraq onunla bir gəldiyini görüb
heyrətlə soruşdu: Məgər siz Kufəyə
getmirdiniz?
həzrət Әli əleyhissalam buyurdu: Bəli.
Xristian: Bəs onda nəyə görə bu tərəfə
gəlirsiniz? – deyə soruşduqda həzrət Әli
əleyhissalam cavab olaraq buyurdu:
«Bir az səninlə birgə yerimək istəyirəm.
Çünki Peyğəmbərimiz belə buyurub: «Iki
nəfər yol yoldaşı olduqda bir-birlərinə
haqq sahibi olurlar». Indi sənin mənim
boynumda haqqın var ki, mən də bu haqqı
ödəmək üçün səninlə bir az gələcəyəm.
Beləliklə, haqqını bu dünyada ödəyəcək və
sonra arxayınlıqla öz yoluma davam
edəcəyəm».
həzrət Әli əleyhissalamın bu insani rəftar
və davranışı xristianın xoşuna gəlib öz-
özünə dedi: «Islam əgər belə bir mədəni
dindirsə, tərəfdarları bu qədər ali
insanlardırsa, mən də gərək müsəlmanlığı
qəbul edəm». Yoldaşının islam rəhbəri
həzrət Әli əleyhissalam olduğunu bildikdə
daha da heyrətlənən xristian dərhal Әli
əleyhissalamın hüzurunda müsəlmanlığı
qəbul edib islama iman gətirdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев