Предыдущая публикация
məkan,
Sən başqa zamansan, mən başqa
zaman,
Sən nalə çəkən ney, mən simsiz
kaman,
İstərəm, uzagdan sevəsən məni.
Qəlbində, ocagın odun sönməsin,
Küsginən, amma ki, üzün
dönməsin,
Nə olar, sevgilim, eşqin ölməsın,
Uzaqdan uzaga, sevəsən məni.
Qəlbimin külündən qaladın ocaq,
Yəqin qismət deyil, birgə qızınaq.
Bəlkə ruhumuzla, ələlə tutaq,
Səmadan səmaya sevəsən məni.
Tanrıya şükr etdim, çıxdın
qarşıma,
Nə dosta baxaram, nə də tanışa,
Eşqindən od tutub qəlbim alışa
Yenə də istərəm, sevəsən məni.
Bilirəm, deyildir mənim zamanım,
Elə günahkaram, yoxdu amanım
Lap axirət günü, gəlsə zamanım,
Yenə deyəcəyım ,sevirəm səni.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев