👇👇❌❌❗S.E.
Biz bu sualı Qur`an və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qur`ani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.
Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bə`zisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: “Yer mənim üçün səcdəgah və pak qərar verildi.”
Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mö`təbər kitablarında qeyd etmiş və onun “mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur.
Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək “məscid” qərar vermişdir. “Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir.
Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər “yer” adlanmır. Deməli, “yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça “yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab “yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs “yer” üzərinə səcdə edir.
Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, “yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir.
Daha bir misal çəkək: Әgər bir nəfər “ayağım ilişdi, yerə yıxıldım” və ya “filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, “yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur? Әlbəttə ki, yox!
Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə “yer” üzərinə olmalıdır və “yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.
“Səhih Buxari”, c.1, səh. 91
"Səhih Müslim", c.1, səh. 371.
“Səhih Tirmizi”, c.2, səh. 131
“Səhih Nisai”, c.1, səh. 210
⤵️
Ardı var.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев