Və Cahil və alimin ayrılmaz xüsusiyyətləri. Və `Ya Əli` demək şirkdirmi? Ayətullah Sistanidən cavab. Və Təvəkkül. Və 13 günаhın nәticәsi hаqqındа İmаm Sәccаd (ә)ın nәzәri. Və İmam Zaman (ə.f) sinə vuranların arasında. Və Kərbəlanın qəhraman xanımları. Və Dua- istək. Və Həqiqi təbibin dərmanları zahirən acı da olsa, mahiyyətcə şirindir.
İnsan öz mənəvi məqamını necə yüksəldə bilər?
Hz. Əli (ə) nəql edir: “Peyğəmbər (s) merac gecəsində Allahdan soruşur:
- “Pərvərdigara! Ən şərəfli və üstün əməl hansıdır?”.
Allah buyurur:
- “Heç bir əməl Mənim yanımda Mənə təvəkkül və qismət etdiyimə razı olmaq qədər üstün deyildir”.
Allahın sifətlərindən biri - dərəcələri artırandır.
Quran: “Yaratdıqlarının dərəcələrini yüksəldən”...
“Qafir” surəsi, ayə 15
Bəs nə edək ki, ucala bilək?
İnsanın dərəcəsinin artması onun fəaliyyətinin özünəməxsus yollarından asılıdır. Misal üçün, biri təhsildə dərəcəsini artırıb magistir olmaq istəyir. Və o, gərək əvvəlcə ali məktəbi bitirsin ki, sonra bu dərəcə üçün səy göstərsin.
Allah Təala biz insanların mənəviyyat yolunda dərəcələrimizi necə yüksəldə biləcəyimizin yollarını göstərmişdir. Onlara nəzər salaq.
1. Tövhid.
Quran: “Kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir”.
“Tövbə” surəsi, ayə 40
İnsan əgər tövhidi məqama çatarsa, o zaman dərəcəsi yüksələ bilər. Yəni, insan əgər Allahın tək olduğuna ürəkdən inansa, heç bir varlıığın Ona təsir edə bilməyəcəyinə etiqad bəsləsə - tövhid məqamına çatmış olar. Bu insanın mənəvi inkişafı üçün zəminələr hazır olar. Bu yolda insana yardım edə biləcək olan əməl – təvəkküldür. İmam Rza (ə) buyurur: “Hər kim Allaha etimad edər – Allah onu razı salar. Hər kim Ona təvəkkül edər – işlərini öhdəsinə götürər. Allaha etimad etmək – möhkəm qaladır ki, ancaq mömin ona yol tapa bilər”.
2. Elm.
Quran: “(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» - deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin”.
“Mücadilə” surəsi, ayə 11
Elm gərək imanla bir yerdə olsun ki, insanın dərəcəsini qaldıra bilsin. Bələm Baura elminə baxmayaraq, mənəvi olaraq süqut edir.
3. Saleh əməl.
Quran: “Pak sözü isə yaxşı əməl yuxarı qaldırar”...
“Fatir” surəsi, ayə 10
Əllamə Təbatəbai buyurur: “Saleh əməlin üç budağı vardır:
1. O əməl ki, Allaha yaxınlaşmaq qəsdi ilə yerinə yetirilər.
2. O əməl ki, ona savab deyilmək səlahiyyətinə malik olsun.
3. O əməl ki, insanın əqidəsini güclü edər”.
Əməlin bu mərtəbələrini bilərək daha çox saleh əməl yerinə yetirmək olar. Uçmağimiz üçün əgər saleh əməl bir qanaddırsa imanla olan elm də o biri qanaddır.
4. Quran. Hədislərimizdə oxuyuruq ki, Qiyamət günü insana deyiləcəkdir ki, Quran oxu və yuxarı qalx. Və bu əməl o zaman həyata keçər ki, dünya həyatımızda Qurana yaxın olaq. Məsumlarımız (ə) - o insanlardır ki, ancaq Quranla aramlıq tapar və onu dərdlərinə dərman edərdilər.
5. Təvazökarlıq.
Peyğəmbərimiz (s)ın ən üstün sifətlərindən biri - təvazökarlıq olmuşdur. Qurani-Kərim Həzrəti (s) ən böyük əxlaqa malik olan insan kimi tanıdır və onun əxlaqının fəzilətli olmasına səbəb olan sifətlərdən biri də məhz təvazökarlıqdır.
Quran: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”.
“Qələm” surəsi, ayə 4
Cahil və alimin ayrılmaz xüsusiyyətləri.
Elm və cəhl, islamda ən çox müzakirə edilən məsələdir. Elmlə təşviq intensiv şəkildə gəlibsə cahillikdən çəkindirmək də dəfələrlə təkrarlanıb. İnsanda bu iki xüsusiyyətdən biri olması qaçılmazdır.
İslam dinində ən birinci nazil olan surə oxu əmri ilə başlayır. Ən məşhur hədisdə "elmi beşikdən qəbr evinə kimi əldə edin" və yaxud "elm Çində olsa belə onu əldə edin" deyilir. Digər tərəfdən cahil və cahilliyi məzəmmət edən yüzlərlə hədis nəql edilir və ayələr nazil olunur. Məşhur hədis kitabları belə birinci fəsillərini elm və elm öyrənməklə başlayırlar.
Buna görədir ki 70 il intensiv təbliğata baxmayaraq, köhnə SSR-i dövründə islama elmsizlik damğası vurmaq cəhdi nəticəsiz qalıbdır.
Hədislərə görə, insanın elmi inkişaf etdikdə ağlı və məntiqi kamilləşər və daha sonra onun qəlbinə hikmət nazil olar.
İmam Əli (ə): "Əql kamilləşdikdə insanın danışığı azalar".
Hədis: "Həlimlik və sükut etmək ki, əsasən hikmətdən doğur, alim insanın ayrılmaz hissəsidir".
Cahil insan isə elmsizliyi, təcrübəsizliyi və məlumatsızlığı sayəsində hey car çəkib qəzəb üfürər.
İmam Əli (ə): “Cahili ya ifrat halında ya da təfrit (səhlənkarlıq) halında görərsən”
Sədi Şirazi şerlərinin birində yazır:
“Cahil, qazinin (döyüşçünün) qavalı kimidir. Onun içi boşdur. (Amma vuranda gumbuldayır)
Nəticə etibarilə demək olar ki, həlimlik alimin, ifratçılıq isə cahilin ayrılmaz xüsusiyyətidir.
`Ya Əli` demək şirkdirmi? Ayətullah Sistanidən cavab.
İslam dünyasının böyük alimlərindən olan Ayətullah Sistaniyə xüsusilə vəhhabilərin tez-tez dilə gətirdiyi etiqadı bir məsələ barədə sual ediblər.
""Ya Əli", - demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq".
Ayətullah Sistani belə cavab verib:
- ""Ya Əli mədəd!" deməyimiz, Əmirəlmöminin (ə) - nəyazu billah - Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir. Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik. Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir.
"Maidə" surəsinin 35-ci ayəsində "Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın" buyurmuşdur.
Quran: "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz, Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər".
"Nisa" surəsi, ayə 64
Yəni Uca Allah günahkar müsəlmanları Peyğəmbərin hüzuruna gəlib ondan özləri haqqında günahlarının bağışlanmasını istəməyə istiqamətləndirmişdir. Halbuki, onlar şəxsən özləri günahlarının bağışlanmasını istəyə bilməzdimi və belə olan halda Peyğəmbərin bağışlanma diləməsinə ehtiyac olardımı?
Qurani-Kərim Yusifin qardaşlarının dilindən belə nəql etmişdir:
"Atamız! Bizim üçün bağışlanma dilə!"
Əgər təvəssül şirk olsaydı, ilahi bir peyğəmbər olan Hz. Yaqub (ə)ın onlara belə deməsi lazım idi: "Gedin, özünüz bu işi edin və məni vasitəçi qərar verərək şirk etməyin".
Halbuki, Quranın nəqlinə görə o belə demişdir:
"Mən sizin haqqınızda Rəbbimdən bağışlanma diləyəcəyəm".
Səhihi Buxaridə və digər mənbələrdə Ömər ibn Xəttab yağış yağması üçün Peyğəmbərimiz (s)ın əmisi Abbas ibn Əbdülmüttəlib təvəssül etdiyi deyilir. O halda Ömər kafir və ya müşrik mi olur?
Əgər düşünürlərsə ki, "Abbas yaşayırdı və Ömər həyatda olan birinə təvəssül etmişdir", biz də belə deyirik: Əgər şirk Allahdan başqa birindən nəsə istəməkdirsə, onda bir şey istənilənin ölü və ya diri olması arasında heç bir fərq yoxdur.
Qeyd edək ki, vəhhabilər dünyasının dəyişmiş şəxsə təvəssül və müraciətin haram olmasını bununla əsaslandırır ki, həyatda olmayan kəslər (istər peyğəmbər, istərsə də övliyalar) bizim səsimizi eşitmədiyi üçün onlara edilən hər-hansı müraciət və xitab qadağandır.
Maraqlıdır, bu cür etiqada sahib olan vəhhabilər özləri namazın sonuncu təşəhhüdündə Peyğəmbərə (s) xitab edərək "Əssələmu aləykə əyyuhhən-nəbiyyu və rahmətullahi və bərakətuhu" deyirlər. Əgər İslam Peyğəmbəri (s) müraciət və xitabları eşitmirsə, ona salam verməyin məntiqi nədir?.
Təvəkkül.
Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-Taala onun bütün həyat ehtiyaclarını təmin edər...
Allah Quranda: “Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
“Maidə” surəsi, ayə 23
“Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq mənasındadır. Burada bəndənin [Allaha] təvəkkülü nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan bir işi - Allahı özündən daha bilikli və bacarıqlı bildiyi üçün - Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər bir şeyə qane və razı olsun: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir”.
“Talaq” surəsi, ayə 3
Allahın təqdir etdiyi işə insanın qane və razı olması belə hasil olur ki, insan öz əvvəlki halı barəsində düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan bütün ömrü boyu onun mində birini dərk edə bilməz, [sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam etdirə və nöqsandan kamala çata bilməsi üçün onu daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız gördü.
Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda olmayacaqdır. Beləliklə Allaha etimad edəcək və onda iztirab və nigarançılıqdan əsər - əlamət qalmayacaq. Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də olmasın, Allah-Taala onun görməli olduğu işi Özü əncam verəcəkdir.
Quran: “Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-Taala onun bütün həyat ehtiyaclarını təmin edər və ona, gümanı gəlmədiyi yerdən ruzi yetirər".
Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir ki, (insan) Allahdan qeyri hər bir şeyin Allah tərəfindən olduğuna yəqin əldə edəndən sonra (bilsin ki,) aləmdə baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil olur, çünki Allahın qüdrət və iradəsi bəzi işlərə aid olur, bəzi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bəzi işlərin məxsus icadı (üçün hazır) olsun, hansı ki, insan o işləri özünə nisbət verir.
Buna görə də bu cür işlərdə - hansı ki, insanın iradə və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və səbəbləri sırasındadır – çalışqan olmalıdır. Eynən o kəs kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və qədərin cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, əgər şərtlərə və səbəblərə nisbət versə, (bu işin) qədər olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə mütləq cəbr, nə də mütləq qədər olur.
Bu həmin (İmam Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: “Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır".
Deməli insan özünü [onun] özünə aid olan işlərdə qüdrət sahibi bilməlidir. Əlbəttə bu qüdrətini vasitə və alətlərdə dəxaləti olan fail kimi yox, vasitə və alət mənziləsində görməlidir.
Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o iki etibar müttəhid olurlar və hər ikisi faildən qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə tutulur.
Əlbəttə bu olduqca dəqiq bir məsələdir və təfəkkür qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz.
Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, bütün mövcudatın təqdiri Allahın əlindədir və baş verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və səbəblərlə icad edir. Ona görə də mətləbə çatmaqda tələsikliyi və ya onun dəf olmasında ləngiməyi təsirli bilmir, özünü də vasitələrdən, səbəb və şərtlərdən biri kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. Həqiqətdə bu mənanı təsəvvür edir.
Quran: “(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?”
“Zümər” surəsi, ayə 36
Belə olan halda həmin adam mütəvəkkillər sırasında yer tutar. Bu ayə onun və onun kimiləri haqqında nazil olmuşdur: “
Quran: "Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”
“Ali-İmran” surəsi, ayə 159.
13 günаhın nәticәsi hаqqındа İmаm Sәccаd (ә)ın nәzәri.
1. Аllаhın bәndәyә vеrdiyi nеmәti kәsәn günаhlаr bunlаrdır: Хаlqа sitәm, yахşılığа sövq еdәn ruhiyyәdәn uzаqlıq, хаlqа еhsаn еtmәmәk, nаnkоrluq vә şükürün tәrki;
Аllаh Quranda: “Bir qövm öz hаlını dәyişmәyincә Аllаh оnlаrın hаlını dәyişmәz.”
2. Pеşmаnlıq gәtirәn günаhlаr bunlаrdır:
Аllаh tәrәfindәn qәtli hаrаm buyurulmuş insаnın qаnını ахıtmаq; Аllаh-Taаlа qаrdаşı Hаbili öldürüb оnu dәfn еtmәkdә аciz qаlmış Qаbil hаqqındа buyurur: “Qәtldәn sоnrа pеşimаn оldu”; qüdrәtli оlаn vахt qоhumlаrı yохlаmаmаq, vахtı ötәnәdәk nаmаzı tәrk еtmәk, vәsiyyәt еtmәmәk, mәzlumun hаqqını vеrmәmәk, ölümә qәdәr, dil bаğlаnаnаdәk zәkаt vеrmәmәk.
3. Nеmәti zаvаlа uğrаdаn günаhlаr bunlаrdır:
Bilәrәkdәn günаhа yоl vеrmәk, хаlqın hаqqını tаpdаmаq, insаnlаrа rişхәnd, оnlаrın tәhqiri.
4. Nеmәtin insаnа çаtmаsınа mаnе оlаn günаhlаr bunlаrdır: Yохsulluq vә еhtiyаcın izhаrı, gеcәnin әvvәlindә nаmаzın qәzаyа gеtmәsinә sәbәb оlаn yuхu, sübh nаmаzı qәzаyа gеdәnәdәk yаtmаq, nеmәti kiçik sаymаq, Аllаhdаn gilеy.
5. Hәyа pәrdәsini yırtаn günаhlаr bunlаrdır:
Şәrаb içmәk, qumаr оynаmаq, tәlәskәnlik еdib хаlqı güldürmәk, mәnаsız iş, yеrsiz zаrаfаt, insаnlаrın еybini dаnışmаq, şәrаb içәnlәrlә ünsiyyәt.”
6. Bәlа nаzil еdәn günаhlаr bunlаrdır:
Çәtinliyә düşmüş insаnın çаğırışınа cаvаb vеrmәmәk, mәzlumа yаrdım göstәrmәmәk, әmr bе mәruf vә nәhy әz münkәri (yахşılığа dәvәt vә pisliyә qаdаğаnı) tәrk еtmәk.”
7. Düşmәni qәlәbәyә çаtdırаn günаhlаr bunlаrdır:
Аşkаr zülm, göz qаbаğındа günаh, hаrаmı hаlаl bilmәk, sаlеhlәrin itаәtindәn çıхmаq, bәd әmәl sаhiblәrinә itаәt”.
8. Әcәli yахınlаşdırаn günаhlаr bunlаrdır:
"Yахınlаrlа әlаqәni kәsmәk, yаlаndаn аnd içmәk, yаlаn dаnışmаq, zinа, müsәlmаnın yоlunu bаğlаmаq, yеrsiz rәhbәrlik iddiаsındа оlmаq”.
9. İnsаnı Аllаh mәrhәmәtindәn mәyus еdәn günаhlаr bunlаrdır:
Аllаhın lütfünә diqqәtsizlik, Аllаhdаn qеyrisinә güvәnmәk, ilаhi vәdin tәkzibi.
10. Hаvаnı qаrаldаn günаhlаr bunlаrdır:
Sеhr-cаdu, ulduzlаrın tаlеyә tәsirinә inаnmаq, ilаhi yаzının tәkzibi, vаlidеynin üzünә qаyıtmаq.
11. Hаqq vә bәndә аrаsındаkı hörmәt pәrdәsini yırtаn günаhlаr bunlаrdır:
Qаytаrmаmаq mәqsәdi ilә bоrc аlmаq, isrаfçılıq, аilә-övlаdа vә qоhumlаrа qаrşı хәsislik, qаbаlıq, sәbirsizlik, tәnbәllik, din әhlinin tәhqiri.
12. “Duаnın qәbulunа mаnе оlаn günаhlаr bunlаrdır:
Pis niyyәtlik, qәlbin çirkаbа bаtmаsı, din qаrdаşlаrınа qаrşı iki üzlülük, duаnın qәbulunа şübhә, vахtı ötüşәnәdәk nаmаzı tәхirә sаlmаq, Аllаhа yахınlаşdırаn sаlеh işlәrdәn uzаqlıq, sәdәqә vеrmәmәk, söyüş söymәk”.
13.“Yаğışа mаnе оlаn günаhlаr bunlаrdır:
Hаkimlәrin zülmü, yаlаn şәhаdәt, şаhidliyi gizlәmәk, zәkаt vә bоrcun qаrşısını аlmаq, хüsusi ilә qоnşulаrın еhtiyаc duyduğu әşyаlаrı оnlаrа vеrmәmәk, yохsullаrа rәhmsizlik, yеtim, dul qаdın vә yохsulа sitәm, yоlçunu qоvmаq, gеcә vахtı möhtаcı rәdd еtmәk”.
İmam Zaman (ə.f) sinə vuranların arasında.
Din alimləri İmam Zaman ağanı (ə.f) sevindirmək istəyənlərə buyururlar ki, İmam Hüseyn (ə) müsibətinə ağlamaq sizi Hz. (ə.f)ın sevimlisi edə bilər.
Mərhum Seyyid Bəhrul-ulum Aşura günü bir neçə tələbəsi ilə bir yerdə Kərbəlada sinə vuranlara qoşulur və mərsiyə deyirdi. Tələbələr anidən görürlər ki, bu böyük alim əbasını, əmmaməsini çıxardıb başqa sinə vuranlar kimi yüngül paltarla sinə vurmağa başladı. Bu halda özünü sinə vuranların arasına atdı və sinəsinə, üzünə vurmağa başladı. Onunla bir yerdə gələn tələbələr müəllimlərinə mane olmağa çalışdılar, ancaq bacarmadılar. Nəhayət bir dəstə tələbə alimi əhatəyə alıb onu qorumağa başladılar ki, birdən kiminsə ayağı və ya əli ona dəyib narahat edər. Sinə vurma mərasimi sona çatan zaman tələbələr alimdən bu hərəkətinin səbəbini soruşdular. Alim deyir:
- “Sinə vuranlara çatan zaman gördüm ki, Hz. İmam Zaman (ə.f)ın başı və ayaqları yalın halda sinə vuranların arasında sinə vurur və ağlayır. Mən taqət gətirmədim və özümü unutdum. Həzrət (ə.f) xidmətində dayanıb, onun kimi sinə vurmağa başladım”.
Kərbəlanın qəhraman xanımları.
İmam Hüseyn (ə) karvanında öz ərləri və övladları ilə Kərbəlaya gələn çox sayda xanım vardı. Onların bəzisi hətta İmam Hüseyni (ə) müdafiə etmək üçün döyüş meydanına belə getmiş və düşmənlə vuruşmuşdular.
Abdullah ibni Əmirin həyat yoldaşı Ummi Vəhəb
Abdullah ibni Əmir Kələbi Kufə sakini idi. Qərara almışdı ki, İmam Hüseynə (ə) yardım etmək üçün getsin. Bu qərarını həyat yoldaşı Ummi Vəhəbə deyəndə, o, dedi: “Düz iş görürsən, bu qərarını tez bir zamanda həyata keçirt. Məni də özünlə İmam Hüseynə (ə) yardım etməyə apar”. Hava qaralan kimi hər ikisi gecənin qaranlığından istifadə edərək, İbni Ziyadın məmurlarının gözündən yayınaraq, özlərini Kərbəlaya çatdırdılar. İmam Hüseyn (ə) karvanında olmaq iftixarına nail oldular. Aşura günü döyüş başlayan zaman İbni Sədin ordusundan döyüşə ilk girən əsgər Ziyad ibni Əbu Sufyanın nökəri Yəsar və Ubeydullah ibni Ziyadın nökəri Salim idi.
İmam Hüseynin (ə) ordusundan isə Həbib ibni Məzahir və Bərir ibni Xəzər icazə istədilər. İmam Hüseyn (ə) buyurdu: “Siz oturun”. Abdullah ibni Əmir Kələbi ayağa qalxdı və icazə istədi. İmam Hüseyn (ə) ona bir nəzər saldı və gördü ki, çox qüvvətli bir insandır və buyurdu: “Səni onlara tay görürəm”. O, döyüş meydanına gedir və onlarla döyüşərək, hər ikisini öldürür. Bu döyüşdə o, sol əlini itirir və buna baxmayaraq, yenə də vuruşur. Ummi Vəhəb ərini döyüşdə yaralanmış görür. Xeymənin dirəyindən birini götürüb, döyüşə qatılır. Ərinə deyir: “Atam-anam sənə fəda olsun. Bunlarla vuruş və onları Fatimə (s.ə) nəslindən uzaqlaşdır”. Özü isə yenə də vuruşurdu. Abdullah arvadını döyüşən halda görür və özünü ona çatdırır və onu xeymələrə qaytarmağa çalışır. Ancaq o, ərinin köynəyini götürüb, deyir: “Qayıtmayacağam, əgər yanında şəhid olmasam”. Bu zaman İmam Hüseyn (ə) bunları gördü və buyurdu: “Əhli-Beytdən (ə) sənə xeyirli bir əcr nəsib olacaqdır və xeyməyə qayıt, qadınlarla otur. Döyüş qadınlara aid deyildir”. Ummi Vəhəb bu sözlərdən sonra xeyməyə qayıtdı.
Səmud Xəzrəminin qızı Bəhriyə
İmam Hüseynin (ə) tərəfdaşlarından biri də Cənadə ibni Kəəbdir. O, həyat yoldaşı Bəhriyə və oğlu Əmru ilə Kərbəlaya gəlmişdi. Aşura günü İmamın (ə) icazəsi ilə Cənadə meydana gedir. Şücaətlə vuruşur və şəhid olur. Cənadə şəhid olandan sonra isə həyat yoldaşı Bəhriyə oğlu Əmrunu döyüşə təşviq edir. Yeniyetmə oğluna döyüş paltarını geyindirir və onu İmam Hüseynə (ə) yardım etmək üçün meydana göndərir. İmam (ə) bu 12-13 yaşlı uşağı görəndə buyurur: “Bu oğlanın atası şəhid olmuşdur. Bu uşağın şəhadəti anası üçün dözülməz olar”. Əmru deyir: “Anam məni sizə yardım etmək üçün göndərib”. Bu uşaq İmamdan (ə) icazə alıb, meydana gedir və düşmənlərdən bir neçəsini öldürüb, şəhid olur. İbni Sədin ordusu onun başını kəsir və anasına tərəf atır. Bəhriyə onun başını yerdən götürür və qanını təmizləyib deyir: “Əhsən sənə oğlum! Əhsən sənə qəlbimin sevinci! Əhsən sənə gözümün nuru!” Sonra xeymənin dirəklərindən birini götürüb, meydana gedir və döyüşməyə başlayır. Onların ikisini öldürür və bu zaman İmam (ə) bu qadını görür. Ona görə xeyir-dua edir və buyurur: “Cihad qadınlardan götürülmüşdür, xeymələrə qayıt”. Bəhriyə də xeyməyə qayıdır.
Vəhəbin anası Qəhər
Vəhəb ibni Abdullah Kələbi Məkkə ilə Mədinə şəhərləri arasında olan səhrada yaşayırdılar. Çobanlıqla məşğul idilər. O zaman ki, İmamın (ə) karvanı Sələbiyəyə çatır, İmam (ə) uzaqdan onların çadırını görür. Bu çadıra yaxın gedir və orada əyləşən Vəhəbin qoca anasından vəziyyətlərini soruşur. Qarı da yaşayışlarının çətin olduğunu söyləyir. İmam Hüseyn (ə) nizəsini torpağa vurur və oradan su qaynamağa başlayır. Vəhəb çadıra gələndə anasından bu su haqqında soruşur və Qəhər deyir: “Bu sifətdə olan insan gəldi və nizəsini yerə vurdu, su çıxdı. Sonra buyurdu ki, sənə deyim ki, onunla görüşə gedəsən və haqqa yardım edəsən”. Vəhəb çadırını toplayır və arvadı və anası ilə bir yerdə İmamın (ə) xidmətinə gedir. İmam Hüseynin (ə) yanında İslam dinini qəbul edirlər və karvana qoşulurlar.
Vəhəb təzəbəy idi və 17 gün idi ki, Haniyə ilə evlənmişdi. Bu döyüşdə düşmənə ağır zərbələr endirir və böyük itkilər verir. Onu tutub, ibni Sədin yanına gətirirlər. İbni Səd onun igidliyindən çox təsirlənmişdi və əmr edir ki, başını kəsib, anasına göndərsinlər. Vəhəbin anası oğlunun başını götürür və nəvaziş edir. Sonra deyir: “Mən səndən razıyam”. Sonra oğlunun başını düşmən ordusuna tərəf atır və “Bizlər verdiklərimiz qurbanı geri götürmərik” – deyir. Sonra xeymənin dirəklərindən birini götürüb, döyüş meydanına gedir. İmam (ə) Qəhəri gördü və buyurdu: “Qayıt! Sən və oğlun Allahın Rəsulu (s) iləsiniz. Cihad qadınlardan götürülmüşdür”. Qəhər də xeyməyə qayıdır və Həzrət Zeynəbə (s.ə) qoşulur. Vəhəbin həyat yoldaşı Haniyə isə əri döyüşə getməmişdən qabaq onunla bir şərt kəsir ki, əgər şəhid olsan, axirətdə səninlə bir yerdə olacağam. Bunu İmamın (ə) hüzurunda da ondan istəyir. Vəhəb şəhid olanda o, ərini yanına gedir və onu nizə ataraq, şəhid edirlər.
Dua- istək.
Ey gecənin və gündüzün sahibi, Allahım!.
Necə ki, qüdrətinlə gecəni gündüzlə örtürsən, bizim də xətalarımızı və günahlarımızı rəhmətinlə ört!.
Peyğəmbət (s) və əhli beyt (ə)lar xatirinə Millətimizi hidayət elə!.
Torpaqlarımızı zalım düşmənlərimizdən geri almağımıza kömək elə!. Bizləri zalımlara möhtac etmə!.
Xəstələrimizə şəfaət elə!.
Dünyasını dəyişmiş əzizlərimizi bağışla və qəbr əzabından azad elə!.
Borclu olarkən dünyadan aparma!.
Axirətimizi xeyirl elə!.
Əməl kitabımızı öndən sağ əlidən alanlardan elə!.
Amin İnşəAllah!
Həqiqi təbibin dərmanları zahirən acı da olsa, mahiyyətcə şirindir.
Hz. Peyğəmbər (s): “Həqiqi təbib - Allahdır. Ola bilsin ki, bəzi şeylər sənin üçün yaxşı olsun ki, (ancaq) başqaları ondan ziyan görsün”.
Bəzən insan həyatında acı hadisələrlə rastlaşır, ancaq bilmir ki, bu hadisələr onun üçün xeyirlidir. Bəzən də elə yaxşı hadisələr baş verir ki, başqalarına ziyan vurduğumuzdan qafil oluruq.
Ancaq Allah - həqiqi təbibdir və bəndələrinə nəyin xeyirli olduğunu yaxşı bilir. Ona görə də insan gərək acı hadisələri elə də pis qarşılamasın.
Bu hadisələr acı olsa da, ancaq dərman xüsusiyyətinə malikdirlər. Bəzən insanı qəflətdən oyadır, bəzən insanın nə qədər zəif varlıq olmasını dərk etməsinə yardım edir, bəzən də yersiz qürurunun aradan getməsinə səbəb olur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев