,, Camaat, Allah bizə ( Peyğəmbər ailəsinə) altı üstünlük əta etmiş və yeddi fəzilətlə bizi başqalarından üstün etmişdir.
Allahın bizə əta etdiyi altı üstünlük bunlardır : elm, helm , səxavət, fəsahət, şücaət və möminlərin qəlbində bizə qarşı yaratdığı məhəbbət.
Yeddi fəzilətimiz isə budur: Allahın seçilmiş peyğəmbəri bizdədir ( bizim nəslimizdəndir ), Siddiq ( doğru danışan, yəni Əli ibn əbu Talib ( ə ) ) bizdəndir, Cəfər Təyyar bizdəndir , Allahın aslanı və Allah Peyğəmbərinin aslanı ( yəni, Həmzə ibn Əbdül - Müttəlib) bizdəndir, bu ümmətin iki sibti - Həsən ( ə ) və Hüseyn ( ə) bizdəndir, Fatimə - Zəhra ( s.ə ) ( yaxud Həzrət Məhdi (ə ) ) bizdəndir.
Camaat, məni tanıyan tanıyır, tanımayana isə qoy özümü tanıtdırım: Mən Məkkə və Minanın oğluyam ! Mən Zəmzəm və Səfanın oğluyam ! Mən Həcərul - əsvədi ( Qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan kəsin oğluyam ! ( Həzrət Məhəmməd ( s ) 35 yaşında ikən, yəni hələ peyğəmbər olmamışdan beş il əvvəl Məkkə camaatı arasında yaranan ixtilafa son qoymuş və hamının razılığı ilə qara daşı yerinə qoymuşdu ).
Mən ehram bağlayıb təvaf edənin və ,, səy " i yerinə yetirənin oğluyam ! Mən insanların ən yaxşısının oğluyam ! Mən ( merac gecəsi ) Məscidul - həramdan Məscidul - əqsaya aparılan kəsin oğluyam ! Mən ( merac zamanı) Sidrətul - muntəhaya çatan kəsin oğluyam ! Mən o kəsin oğluyam ki, merac zamanı Allaha o qədər yaxınlaşdı ki, Allahla onun arasında iki kamandan da az məsafə qaldı! Mən asiman mələkləri ilə namaz qılan kəsin oğluyam! Mən o kəsin oğluyam ki, böyük Allah ona vəhy etdi ! Mən Məhəmməd Mustafanın ( s ) oğluyam ! Mən Əli Murtəzanın ( ə ) oğluyam! Mən o kəsin oğluyam ki, ,, Lə iləhə illəllah " deyənə qədər ( müsəlman olanadək ) müşriklərlə vuruşdu ! Mən Allah Peyğəmbərinin arxasında iki qılınc və iki nizə ilə ( ehtimal olunur ki, imamın ( ə ) bu ifadəsi bu hadisəyə işarədir: - Ühüd döyüşündə Həzrət Əlinin ( ə ) qılıncı sındı və Allah tərəfindən ona ,, Zülfüqar " qılıncı göndərildi. Bu ifadə barədə verilən başqa bir ehtimal da budur ki, Həzrət Əli ( ə ) iki qılınc və iki nizə ilə vuruşubmuş . )vuruşanın oğluyam ! Mən iki dəfə hicrət edən, ( Həzrət Əlinin ( ə ) iki dəfə hicrət etməsi barədə bu fikirlər söylənilmişdir : 1) ilk dəfə Məkkədən Mədinəyə hicrəti və sonra Peyğəmbərin ( s ) ömrünün sonlarında onun əmrilə İslamın təbliği üçün Yəmən məntəqəsnə hicrəti
2) ilk dəfə Məkkədən Mədinəyə hicrəti və sonra öz xilafəti dövründə Mədinədən Kufəyə hicrəti
3) Məkkədən ( müsəlmanların iqtisadi blokadaya alındığı üç il müddətində ) ,, Əbu Talib dərəsinə " hicrəti, sonra da Məkkədən Mədinəyə hicrəti.) Peyğəmbərlə iki dəfə beyət edən, Hüneyn döyüşündə şücaətlə vuruşan və bir an belə Allaha qarşı küfr etməyən kəsin oğluyam! Mən möminlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edənin, müsəlmanların rəhbərinin, mücahidlərin nurunun, abidlərin zinətinin, ( Allah qorxusundan) ağlayanların fəxrinin, səbirlilərin ən səbirlisinin, Allah Peyğəmbərinin xanidanından olub müqəddəs qiyam edən kəsin oğluyam !
Mənim cəddim o kəsdir ki, Cəbrail əleyhissəlam onun köməkçisi və Mikail əleyhissəlam onun yavəri olmuş, onun özü isə müsəlmanların himayədarı və namuslarının mühafizəçisi olmuşdur. O, mariginlə ( dindən çıxanlarla) , nakisinlə ( əhd - peymanı pozanlarla ) və qasitinlə ( zalımlarla) mübarizə aparmış, Allahın qatı düşmənlərinə qarşı cihad etmişdir. Mən, Qureyş içərisində ən üstün bir kəsin oğluyam ki, o, Peyğəmbərə ( s ) hamıdan qabaq iman gətirmiş və müsəlmanların qabaqcılı olmuşdur. O, ( İslama ) düşmənlərin düşməni, müşrikləri məhv edən, münafiqlərin məhvi üçün atılan Allah oxu , abidlərin hikmət dili, Allah dininin köməkçisi, Allahın təyin etdiyi rəhbər, Allah hikmətinin gülzarı və Allah elminin daşıyıcısı olmuşdur... " İmam Səccad əleyhissəlam daha sonra buyurdu :
,, Fatimə Zəhranın ( s. ə ) oğlu mənəm. Qadınlar şahının ( xanımlar xanımının) oğlu mənəm..."
İmam Səccad ( ə ) özünü , başqa sözlə desək, Nübuvvət və İmamət sülaləsini elə bir tərzdə tanıtdırdı ki, yerdən hönkürtü səsləri ucaldı.
Yezid ( Allahın lənəti ona və sülaləsinə olsun ) çaxnaşma düşəcəyindən qorxub azançıya azan verməyi əmr etdi. Azançı ayağa qalxıb azan deməyə başladı : ,, Allahu Əkbər, Allahu Əkbər. "
İmam Səccad ( ə ) buyurdu: ,, Bəli, Allahdan böyük heç nə yoxdur."
Azançı,, Əşhədu ən la İlahə İlləllah" dedikdə , İmam Səccad ( ə ) buyurdu: ,, Bəli, mənim tüküm, dərim , ətim və qanım Allahın təkliyinə şəhadət verir. "
Elə ki, azançı,, Əşhədu ənnə Muhammədən rəsulullah " dedi, imam Səccad əleyhissəlam minbərin üstündən üzünü Yezidə tutub buyurdu : ,, Yezid, Məhəmməd ( s ) mənim cəddimdir, yoxsa sənin cəddin ? Əgər desən ki, sənin cəddindir, yalan demiş və haqqı danmış olarsan. Yox, əgər desən ki, və mənim cəddimdir, bəs onda nə üçün onun övladlarını öldürdün ? " ( Biharul - ənvar, c. 45 , s. 137 )
Hicri qəməri 7 - nci əsrin tanınmış tarixçisi İmaməddin Təbəri ,, Kamilu - Bəhayi " kitabında İmam Səccadın ( ə ) bu xütbəsinin sonunda belə buyurdu: ,, Ey Yezid, bu hörmətli Peyğəmbər mənim cəddim olmuşdur, yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub, hamı bilir ki, yalan deyirsən. Yox, əgər desən ki, mənim cəddim olub, onda nə üçün heç bir günahı olmadan atamı şəhid edib əmlakını qarət etdin , ailəsini əsir götürdün ? "
Bunu deyib o Həzrət əlini yaxasına atdı, yaxasını cırıb ağlayaraq buyurdu: ,, And olsun Allaha ki, o kəs ki, Peyğəmbər onun cəddimdir, o mənəm. Bəs nə üçün bu kişi ( Yezid ) mənim atamı zalımcasına öldürdü və bizi Roma əsirləri kimi ( bu şəhərə) gətirdi? "
İmam ( ə ) daha sonra buyurdu: ,, Ey Yezid belə bir iş tutursan, sonra da ,, Muhəmmədən Rəsulullah " deyib üzü qibləyə dayanırsan? Vay olsun sənə ! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar. "
Məlun Yezid bu zaman,, İqaməni de! " - deyə azançının üstünə qışqırdı . Camaat bir - birinə dəydi. Kimisi namaza ayağa qalxdı, kimisi isə namaz qılmayıb getdi. "
Mehdi Pişvayi, ,, Məsum imamların əleyhimussalam tarixi" səh. 125 - 128
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев