İnciməsin.
Gedin deyin,həsrət çəkən yarıma,
Ayları incitdik,il inciməsin.
Elə sözlər deyək bir-birimizə,
Qəlblər xoşallansın,dil inciməsin.
O mənim yarımdır,əzizdən əziz,
Bir günüm yox onsuz,sözsüz,nəğməsiz.
Dəysəm də qəlbinə məndən xəbərsiz,
Deyin, ötənləri sil,inciməsin.
Bir sevən ürəyəm,sevgi doluyam,
Sevgi dünyasının həsrət qoluyam.
Ağlımın yox,ürəyimin quluyam,
Ürəyin də,sən də bil,inciməsin.
O mənim ömrümün təkcə sevdası,
Həmişə xoş gəlsin onun sədası.
Könlümün yox bir özgə təmənnası,
Qəlbində bir incə tel inciməsin.
Güldanə də həsrət qalıb yarına,
Bəzən gücü çatmır,öz qüruruna.
Bəzi şeylər gəlirsə də zoruna,
Verdi küləklərə,yel inciməsin.
Güldanə Ramazanova. 26 08 2016
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев