Предыдущая публикация
Mənim ürəyimin yarı sən idin.
Bu gözlər nəyimə lazımdır artıq?
Axı gözlərimin nuru sən idin.
***
İndi bu məhəbbət əbəsdir əbəs.
Qədrimi bilmədin, ay qədirbilməz.
Mən iki qadını gördüm müqəddəs
Təəsüf onlardan biri sən idin.
***
Taleyim dəyişmir, dəyişir illər
Yalnız payız kimi keçir fəsillər.
Yerini doldurmur çiçəklər, güllər
Bağımın ən gözəl barı sən idin.
***
İşıqlı həyatım qaraldı sənsiz.
Elə bil nəfəsim daraldı sənsiz.
Sevimli güllərim saraldı sənsiz,
Sevdiyim yeganə sarı sən idin.
***
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев