Предыдущая публикация
Yaz da, köçüb getdi yeri boş qaldı.
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğuna qışı neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü o gündən ürək,
Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük,
Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?
Niyə yaşayıram mən niyə sənsiz,
Nə yerə baxıram, nə göyə sənsiz.
Mənki kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев