Bütün yaxın adamlarımı, qohum qardaşlarımı yalnız belé gördüm. Onların héyat amalı artıq én ibtidai insan yaşayışı normalarına enib. İnsanlar bu gün normal héyatın né olduğunu unudub. Bircé şeyi düşünürlér ki, bir az da sağ qalaq. Amma céllad rejimi qarşısında tab gétiré bilmirlér. Yasına getdiyim ézizim Éntiqé xala da belélérindéndir. İnsanovların yaratdığı soyğunçu tibb sistemi adicé baş ağrısının, şékér xéstéliyinin qarşısında aciz qalıb.
İnsanların pula göré normal müalicé almaması tékcé Géncéyé xas deyil, bu Azérbaycanın hér yerindé belédir. Amma burada gördüyüm déhşétdir. Cavan adamların beli bükülüb. Uşaqların üzléri şişir vé aylarnan bu şiş çékilmir. Bununla belé, camaat xéstéxanaya yalnız can verén zaman müraciét edir. Sébébi isé mélumdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев