Géncédé son dövrlérdé né baş verib. Doğrudandamı prezidentin son séférindén sonra elé abadlaşdırılıb ki, onu daha tanımaq olmaz?
Yaxşı xatırlayıram, 80-ci illérin sonu idi, Géncénin mérkézi küçélérindé kanalizasiya sularının axdığını görüb émimdén bunun sébébini soruşmuşdum. O cavab vermişdi: "Oğul Géncéyé indi baxan yoxdur". Bu sözlér son 20 ildé aktual olaraq qalmaqdaydı. Bés bu gün?
Élbétté bézi déyişikliklér elé démir yolu vağzalındaca gözé çarpır: cır-cındır köşklérin hamısı yığışdırılıb. Açıqlıq yarandığından vağzalla üzbéüz gözél bir binanın olduğu o déqiqé nézéré çarpır. Vağzalın binasının fasadı isé ésaslı témirdédir. Hétta kassaları belé başqa yeré köçürüblér. Yerdé qalan köşklér vé mağazalar séliqé ilé rénglénib, misgin görkémini itirib. Mérkézi küçélérdé yollara tézédén asfalt salınıb. Bir iki yerdé fontanlar tikilir. Yol qırağının ot-éléfi yolunub. Mérkézdé gördüyümüz binaların fasadı parlaq rénglérlé rénglénib. Bir çox qırıq-quruq köşklér götürülüb, mağaza reklamları séliqéyé salınıb.
Düzdür, sökhasök ziyansız ötüşméyib. Yığışdırılan köşk vé mağaza sahiblériné heç bir kompensasiya ödénilméyib. Hétta buna göré üréyi partlayan dükançının olduğunu da eşitdim. Yol qıraqlarının ot-éléfinin témizlénmésiné kütlévi olaraq méktéblilér dé célb edilib. Bina fasadları ucuz emulsiya ilé réngléndiyindén yağış yuyub aparır. Şéhérin qıraq-bucaqlarında hér şey köhné qaydada qalıb. Yéni hémin qırıq-quruq köşklér, çala-çuxurlu, ot-éléfli yollar, zibilli küçélér vé én ésası da miskin insanlar...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев