Предыдущая публикация
Bir kimsə yox, hənirti yox,
Lal dənizdir, bir də ki sən.
Yenə xəyal alıb səni,
xatırlayırsan çox güman
yaxın keçmişi, dünəni.
Duydunmu, o lal dənizin
ləpələnən sularını,
Dalğa vurduqca daşlara
coşub – daşan,
səpələnən sularını?
O yelkənli gəmiyə bax,
niyə üzmür, tərpənməyir?
Əsəcəkmi, ya da ki yox,
ala biləcəkmi görən
yol etməkçün
gözlədiyi o köməyi?
əsəcəkmi səmt küləyi?
Daha yorma gözlərini,
bəlkə də qismətin, yarın,
sənə həmdəm olan insan,
bu gəmidə bir sərnişin.
Bəlkə elə çox keçmədən
baş tutacaq ilk görüşün.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев