Предыдущая публикация
Çox sevsəm də, yağış səni
Durub – durub yağma, bəsdi.
Bulud, sən də çəkil daha,
Qaşqabağı yığma, bəsdi.
Pəncərəmdə gilə - gilə
Iz qoyursan naxışları.
Üşüdürsən, soyudursan
Isti baxan baxışları.
Mən sevdiyim sevməyirsə,
Yağış necə sevim səni?
Yağırsan yağ, dözəcəyəm,
Gətirmə o duman – çəni.
Dedim, gülüm xatirimə
Sevərsənmi sən yağışı?
Dedi, sənin xatirinə
Sevərəm lap boran – qışı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев