Предыдущая публикация
Vağzalı çalınır, vağzalı yenə,
Sevən ürəklərin günüdür bu gün.
Kaş bütün evlərin qapısın döysün,
Xalqımın adəti bu toy, bu düyün.
Bir “Segah” səslənir sevgi dəmində,
Yanan ürəkləri soyutmaq üçün.
Kimlərsə düşərək sözün sehrinə,
Can atır gəncliyə qayıtmaq üçün.
Seyiddən, Vahiddən qəzəllər gəlir,
Ruhumuz dincəlir öz aləmində.
Əyləşib məclisdə söz sərrafları,
Gəzir xəyalları söz aləmində.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев