Предыдущая публикация
Göydən qəfil, xəbərsiz
heç kəs görüb, duymadan
Daş düşəydi başına,
yola ayaq qoymadan .
Gəzdirmə heç o başı,
sənə düşmən başdı o,
Ağılsızdı, sərsəmdi
əməllicə çaşdı o.
Ya baş sənə yabançı ,
ya sən başdan alisən.
Özün yəqin hər işdən
xəbərdarsan, halisən.
O bir parça dilini
kaş yeyəydi ac itlər.
Qanını da soraydı
gənə, birə və bitlər.
Qurdların içindədir,
amma özün üzdəsən.
Baxanda görünür ki
nə gündə, nə tərzdəsən.
O qurdlara zəhər ver,
incitməsin qoy səni.
Ya qurdları öldürsün,
ya da etsin uy səni.
Əcəb edirsən, əla
düşmənə daş atırsan.
Amma niyə, bilmirəm
dostu dosta qatırsan?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев