Предыдущая публикация
Ay İnsan özgəyə bel bağlayırsan
Sonrada peşmanlıq yaşayırsan sən
Bir həqiqət nədir onu bilmədən
Qəlbinə inancı döşəyirsən sən
Bir düşün gör nədi sənə deyilən
Tez özünü atma gör nədi hələ
Hər sözə inanıb tezcə qanırsan
Sonrada düşürsən bax belə tələ
Gəl indi özünü təmizə çıxart
Nə desən sözünə inanan olmur
Yada ki özünü yenidən yarat
Bunada heç zaman ümidin gəlmir
Çün ki bir yarandın ikinci olmaz
Vaxt ikən vaxdında öz qədrini bil
əyriyə qoşulub düşmə çöllərə
Yaxşı düşün özün düz qədrini bil
Aşıq Qara yazdı öz həyatından
Çünki inandığım inamsız oldu
Keçdi dost bildiyim ar qeyrətindən
Peşmanlıq düşüncəm amansız oldu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев