Предыдущая публикация
Ötən illdə kəçən ayda
Gödəlir ömrüm gödəlir
Başdan belə qurlub soyda
Gödəlir ömrüm gödəlir
Yaşım keçir ildən ilə
Vaxdım vədəm çıxıb yola
Boylanıram sağa sola
Gödəlir ömrüm gödəlir
Acılarım gilə gilə
Sevinclərim gülə gülə
Ömrüm keçir zaman ilə
Gödəlir ömrüm gödəlir
Aşıq Qara gərdişimi
ətrafımdan köçmüşümü
Düşündükcə keçmişimi
Gödəlir ömrüm gödəlir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев