Предыдущая публикация
Sürahiden daman damcı
Deyir coşqun seləm sel mən
Keçəl başda bir dənə tük
Qaxıb deyir teləm tel mən
Şirə dönübdü çaqqallar
Cavan qız sayılır dullar
Başı toxumlu qanqallar
Deyir qızıl güləm gül mən
Zəmanə döy tora düşən
İnsandı hər gün dəyişən
Pudrayla vurulan nişan
Deyir gözəl xalam xal men
Aşıq Qara zəhərdi qent
Yalan oldu içilen ant
Üç varlı yaşıyan bir kənt
Deyir böyük eləm el mən
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1