Предыдущая публикация
Uşaq kimi ağlayıram ana can
Gəl yenə laylamı çal qadan alım
Qoynuna al məni küsmdüm heyatdan
Bu küsgün könlümü al qadan alım
Ana mənə yenə bir nəsiyət ver
Ana gəl dərdimi öz gözünlə gör
Ana qollarını bir boynuuma sar
Yalnızam mən yalnız gəl qadan alım
Həsrətəm bir şirin qucağa ana
Düşmüşəm yanıram ocağa ana
Tay olmuşam vallah naçağa ana
Göstər mən yazığa yol qadan alım
Ana ağlayıram həsrət dəmindən
İçmişem dərt dolu eşqin camından
Aləmlər alışır mənim ünümdən
Bu qanlı yaşımı sil qadan alım
Ay ana gəl bağla müşgül yarayı
İncitməsin dərtlər Aşıq Qarayı
Gəl bərabər tapaq dərdə çarayı
Mənimlə bir sevin gül qadan alım
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев