Предыдущая публикация
Deyillər qar yağır bizim dağlara
Yaylaxları yorğan bürüyür artıq
Solub çəmən çiçək lalə nərgizlər
Bulaxların gözü quruyur artıq
Küsüb qartalları yaz havasından
Torpaq qan ağlıyır qar nəfəsindən
Çəmən giləylidi öz həvəsindən
Qayalar soyuqdan zarıyır artıq
Çobanlar köç edib qışlaqlarında
Qışın zülmeti var oylaqlarında
Aşıq Qara qışın sazaqlarıda
Dağların qoynunu sarıyır artıq
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев