Предыдущая публикация
Gözünü silərəm bəlkə də bir gün.
Bizi oda salıb yandıran dərdin
Dərmanın bilərəm bəlkə də bir gün.
Daşıyıb qəlbimdə qəmi,kədəri,
Yuxusuz açmışam hər bir səhəri,
Araya ayrılıq düşəndən bəri,
Gülmədim,gülərəm bəlkə də bir gün.
Axtarma heç kimdə sevgimə əvəz,
Biz gəzən yolları xəyalında gəz,
Demə ki ‘qayıtmaz’ , demə ki ‘gəlməz’ ,
Sən çağır,gələrəm bəlkə də bir gün.
Gözümdən uzaqda yaşasan da sən,
Görmədim hüsnünə bu dünyada tən,
Səninlə doğuldum bu həyata mən,
Səninlə ölərəm bəlkə də bir gün__Gözəl bir qıza__
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев