Hər şeyim sənindi söylədim sənə Səndən istədiyim saf sevgi oldu Arzumu, diləyimi vermədin mənə Məni sevməyinçün söylə neyləyim...? Mən səni özümə sirdaş bilmişəm Hər nə edirsən et qəbul etmişəm Məni sevmədiyini çox gec bilmişəm Məni sevməyinçün söylə neyləyim...? Deyirəm qoy hamı eşitsin bunu Sevməsən qırılar sevginin qolu Yaman əzablıdır sevginin yolu Məni sevməsiyçün deyin neyləyim...? Vaxt vardı, sevirdim səni, bax indi O saf məhəbbətə hayıfım gəlir! Mən səni ucaltdım fövqümə eşqlə, Çəkdiyim zəhmətə hayıfım gəlir! Vaxt vardı, ağlıma hakimdi hisslər, Gözümdə Günəşə, Aya dönübsən! Sanırdım bir mələk donuna girib Təkcə mənim üçün göydən enibsən! Tapdadın o ülvi hisslərimi sən, Çirkin əməllərin, bəd rəftarınla! Kobud, saya salmaz dar mənliyinlə Gözümə təpdiyin qohumlarınla! İndi hisslərimə hakimdi ağlım, Gözümə, könlümə düşmən kimisən. Məni, mənliyimi didib tökməyə Paslı qılınc olub öndə bitmisən! Könlümün başında nifrət odu var, Sənə nifrətimə hayıfım gəlir! Əlimi biryolluq üzümmü səndən? Kişi qeyrətimə hayıfım gəlir! Yadındamı görüşə çağırdım səni, Qəmli baxışlarla yandırdın məni, Dedim söylə görüm nədir səbəbi Son sözün bu oldu: Ayrılmalıyıq! Kaş eşitməyəydim mən bu sözləri, Kaş görməyəydim qəmli gözləri. Dedim: Kim ayırır axı bizləri? Son sözün bu oldu: Ayrılmalıyıq! Ayrılmaq çətindir səndən, sevgilim, O gözəl gözlərdən necə əl çəkim. "Sonuncu görüşdü fikirləş" dedim Son sözün bu oldu: Ayrılmalıyıq! Ayrıldıq səninlə biz həmişəlik, Sənə bir arzum var, o da xoşbəxtlik. Arzum budur geyinəsən gəlinlik. Son sözün bu oldu: Ayrılmalıyıq
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5